Accessibility links

Çinin Sincan vilayətində güclü zəlzələ olub


Çinin dağlıq Sincan əyalətində baş verən güclü zəlzələ azı 19 nəfərin ölümünə səbəb olub.

Yerli rəsmilər çərşənbə axşamı baş verən zəlzələ zamanı 247 nəfərin yaralandığını bildirib. Zəlzələ adətən köçəri Tibet çobanlarının məskunlaşdığı ərazini və turistlər arasında məşhur olan Milli Parkı əhatə edib.

Rəsmilərin dediyinə görə, ölənlərdən 5 nəfəri turist olub. Dövlətə məxsus Sinhua xəbər agentliyinin məlumatında 30 mindən çox turistin Cizaqu bölgəsindən evakuasiya edildiyi deyilib.

Birləşmiş Ştatların Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin gücünün 6.5 bal gücündə, Çinin Zəlzələ Mərkəzi isə 7.0 bal gücündə olduğunu, 100 mindən çox evə zərər dəydiyini və region boyu elektrikin kəsildiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG