Accessibility links

Çinli astronavt fəza stansiyasından məktəblilərə mühazirə oxuyub


Yer kürəsindən 340 kilometr yüksəklikdə olan çinli astronavt cazibə qüvvəsi haqda Çin məktəblilərinə video vasitəsilə mühazirə oxuyub.

Çinin ikinci qadın astronavtı Vanq Yapinq keçən həftə Şenzhou-10 kosmik gəmisində fəzaya göndərilən üç ekipaj üzvündən biridir.

O, mühazirəni prototip fəza stansıyası kimi fəaliyyət göstərən Tianqonq-1 eksperimental laboratoriyadan oxuyub.

Vanq Pekin məktəbləri şagirdlərinin sual-cavab sessiyasında iştirak edib. O, həmçinin çəkisizlik şəraitində əşyaların necə təsir göstərdiyini təcrübə apararaq nümayiş edib.

Dövlət televizyasının məlumatına görə 60 miliyondan çox tələbə və müəllim Çində ilk dəfə olaraq həyata keçirilən bu video mühazirədə iştirak edib.
XS
SM
MD
LG