Accessibility links

Tayvan Çinin pilotsuz təyyarəsinə xəbərdarlıq atəşi açıb


Tayvan Prezidenti Tsai İn Ven hərbi hissədə pilotlarla (30 avqust, 2022)
Tayvan Prezidenti Tsai İn Ven hərbi hissədə pilotlarla (30 avqust, 2022)

Tayvan çərşənbə axşamı Prezident Tsai İn Ven ordusuna Çin təxribatlarına qarşı “qəti cavab” verməsi barədə əmr verdiyini bildirməsindən az müddət sonra Tayvan Çinin ada yaxınlığında uçan pilotsuz təyyarəsinə xəbərdarlıq atəşi açıb.

Çin və Tayvan arasında gərginliyin artdığı dövrdə ilk dəfədir ki, belə xəbərdarlıq atəşi açılıb. Pekin adaya öz ərazisi kimi baxsa da, Tayvan Çinin suverenlik iddialarını qəti şəkildə qəbul etmir.

Ordu sözçünün bildirdiyinə görə, pilotsuz təyyarə atəş açıldıqdan sonra Çinə qayıdıb.

Ağ Ev Çin və Tayvan arasında gərginliyin artması fonunda ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın çərşənbə və cümə axşamı Havay adasında yaponiyalı və cənubi koreyalı həmkarları ilə görüşəcəyini bildirib.

Tayvan Çinin pilotsuz təyyarələrinin ən son Tsinmen adası olmaqla, nəzarət etdiyi kiçik adaları yaxınlığında dəfələrlə uçmasından şikayətlənib.

Çin Tayvana ətrafında təlimlərə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bu ay adaya səfərindən sonra başlayıb.

Tsinmen müdafiə komandanlığının sözçüsü Çanq Jon Şunun bildirdiyinə görə, Erdan adasına yaxınlaşan pilotsuz təyyarəyə atəş axşam saat 6-dan əvvəl açılıb.

Çin məsələ ilə bağlı şərh verməyib. Bazar ertəsi Çinin Xarici İşlər Nazirliyi Tayvanın pilotsuz təyyarələrlə bağlı şikayətlərini “hay-küy salmaq” kimi bir şey olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG