Rəsmi Vaşinqton Çin məhsullarının idxalına milyonlarla dollar tariflər tətbiq etdikdən sonra Çin rəsmiləri cümə günü bildirib ki, Çin ABŞ-a qarşı əks-hücum həyata keçirməyə məcbur edilir.
ABŞ prezidenti Donald Tramp 800-dən çox Çin məhsuluna 25 faiz tariflər tətbiq edib.
Tariflər Vaşinqton vaxtı ilə cümə günü gecə yarısı qüvvəyə minib.
Yeni tariflərin tətbiqi artıq Çində istehlakçı davranışına təsir göstərir.
“Mən yerli məhsullar almaq üçün əlimdən gələni edəcəm. Mən buraya su almağa gəlmişəm. Məncə Çində istehsal edilən məhsullar ən yaxşılarıdır” - deyə çinli alıcı bildirib.
Çinin Ticarət Nazirliyi deyib ki, Pekin ABŞ tariflərinə cavab vermək üçün əks-hücumu nəzərdən keçirir. Lakin Çinin əks-hücumunun nədən ibarət olacağı hələlik aydın deyil.
Artmaqda olan ticarət qalmaqalı bəzi yüksək vəzifəli ABŞ mərkəzi bank rəsmilərini narahat edir. Rəsmilər bu kimi halların iqtisadi artıma kömək edən investisiyalara mənfi təsir göstərdiyini düşünür.