Accessibility links

Çin Trampın dediklərindən "ciddi narahatdır"


Bu gün Çin ABŞ-ın növbəti prezidenti seçilmiş Donald Trampın son şərhlərindən "ciddi narahat" olduğunu açıqlayıb. Donald Tramp Çin hökuməti ticari güzəştlər təklif etmədiyi təqdirdə ABŞ-ın "Vahid Çin" siyasətini davam etdirməli olub-olmadığını sual altına alıb.

1979-cu il ABŞ-Çin Birgə Kommunikesində Birləşmiş Ştatlar Pekini Çin hökumətin vahid leqal hökuməti kimi tamımaqla Çinin Tayvana dair mövqeyini dəstəkləmişdi. Çinin mövqeyinə görə, Tayvan Çin ərazisidir.

Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Tayvanı Çinin tərkibi kimi tanıyan siyasət ABŞ-Çin əlaqələrinin əsasını təşkil edir. O, Tramp administrasiyasını bu məsələnin ciddiliyini anlamağa çağırıb.

Dövlətin nəzarətindəki Qlobal Times isə yazıb ki, Tramp iqtisadi danışıqlarda üstünlük əldə etmək üçün Tayvan siyasətindən istifadə edə biləcəyini düşünməklə sadəlövhlük edir: "O, xarici əlaqələri dürüst qurmağı öyrənməlidir".

Orada habeləd deyilir ki, əgər Tramp Tayvanın müstəqiliyini və ya silah satışını dəstəkləsə, o zaman Çinin beynəlxalq məsələlərdə Vaşinqtonla tərəfdaşlıq etmək üçün heç bir əsası qalmayacaq: "Bu bizi ABŞ-ın rəqiblərini hərbi və digər yollarla dəstəkləməyə məcbur edəcək".

Dünən Fox News-a müsahibəsi zamanı Donald Tramp Tayvan prezidenti Tsay İnq-Venə zəng etməsinə haqq qazandırıb. Tramp habelə deyib ki, Çinin ona nə etməli olduğunu söyləməsini istəmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG