Accessibility links

Çinin mövqeyi - Ukrayna, ya Rusiya?


The Great Hall of the People, where the Chinese Communist Party plenum is being held, is seen behinds red flags in Tiananmen square in Beijing November 12, 2013. China's leaders will unveil a reform agenda for the next decade on Tuesday, seeking to balan
The Great Hall of the People, where the Chinese Communist Party plenum is being held, is seen behinds red flags in Tiananmen square in Beijing November 12, 2013. China's leaders will unveil a reform agenda for the next decade on Tuesday, seeking to balan
Rusiya Çinin Ukrayna ilə bağlı əməliyyatlarını dəstəklədiyini desə də, Çin hökuməti böhrana münasibət bildirməyib.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Qin Qangın dediyinə görə, Çin Rusiyanın daxili işlərinə müdaxilə etmək istəmir, tarixi faktları nəzərə alır və vəziyyətin mürəkkəbliyini anlayır.

Bu bəyanat Rusiyanın Xarici İşlər Nazirliyinin Rusiya və Çinin xarici işlər nazirlərinin telefon söhbətindən sonra yaydığı bəyanatla təzad təşkil edir. Rusiya birldirir ki, Moskva və Pekin Ukraynadakı vəziyyətlə bağlı fikilərini tam bölüşüb və Çin onun Ukraynadakı hərbi əməliyyatlarına dəstək verir.

Lakin Çinin Xarici İşlər Nazirliyi Ukraynanın ərazi bötövlüyü və suverenliyinə ehtiram göstərdiyini bildirir və tərəfləri regionda sülhün müdafiəsi üçün dialoqa səsləyir.

Çinin xəbər agetnlikləri vəziyyətlə bağlı daha dəqiq açıqlama verir. Çinin Global Times qəzetinin redaktor məqaləsində deyilib ki, Ukrayna hadisələri beynəlxalq siyasi arenada prinsiplərin siyasi qüvvələr tərəfindən müəyyən edildiyini göstərir. Çinin rəsmi

Sinhua agentliyi Qərbin qərəzli mövqeyinin Ukraynanı iflic vəziyyətinə saldığını və bunun ölkədə vəziyyəti daha da ağırlaşdırdığını bildirib.

Çin Ukrayna ilə biznes əlaqərinə malik olduğu üçün öz maraqlarını güdür
Pekinin Beynəlxalq Əlaqələr Universitetinin professoru Vanq Donq hesab edir ki, Çin mediası və hökumətinin ziddiyyətli mövqeyi Çinin Ukrayna böhranından nə əldə edəcəyindən asılı olduğuna işarədir. “Çin Ukrayna ilə biznes əlaqərinə malik olduğu üçün öz maraqlarını güdür.”

Son illər Ukrayna ilə Çin hərbi, ticari və kənd təsərrüfatı sahələrində tərəfdaşlıq qurub. 2012-ci ildə Ukrayna dünyanın silah ixracı üzrə 4-cü ölkəsinə çevrilib. Bu ixracın əksəriyyətini Çin təmin edir. Çin Ukraynaya ilk təyyarədaşıyan qurğunun inşasına yardım edib.

Ötən il Ukrayna Çinlə ərazilərindən 5 faizində əkinçilik və donuz yetişdirilməsi üçün istifadə etməsinə dair razılıq əldə edib. Bunun müqabilində isə Çin Ukraynaya magistral yollar və körpülərin inşasına yardım etməlidir.

Bundan əlavə Çin Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin dekabr ayında Pekinə səfəri zamanı bu ölkəyə 8 milyard dollar məbləğində yardım vəd verib.

Ukrayna müharibəsi Çinin yatırımlarına təhlükə ola bilər. Məhz buna görə də hazırkı duruma Çinin münasibəti Rusiyanın əməllərinə rəsmən dəstək bildirmədən diqqətli olmalıdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG