Accessibility links

Çin Hindistanı Pekinlə əlaqələri sabitləşdirməyə çağırır


ASEAN Regional Forumuş Cakarta, İndoneziya. 14 iyul, 2023.
ASEAN Regional Forumuş Cakarta, İndoneziya. 14 iyul, 2023.

Hindistan və Çinin baş diplomatları arasında Cakartada ASEAN görüşü çərçivəsində danışıqlar olub.

Çin xarici işlər nazirliyinin açıqlamasına əsasən, Çinin xarici işlər naziri Vanq Yi hindistanlı həkarı Subrahmanyam Çaişankara deyib ki, iki ölkə əlaqələrini sabitləşdirməlidir.

“İki tərəf bir-birini tükəndirib, və ya bir-birindən şübhələnmək əvəzinə bir-birini dəstəkləməli və birlikdə nələrəsə nail olmalıdır,” Vanq Çaişankara deyib.

İki ölkə uzun sərhəd bölüşür. Orada iki ölkənin ordusu arasında münasibətlər bəzən gərgin olur, ancaq əldə olunan bir sıra sərhəd razılıqları əlaqələri yaxşılaşdırmağa başlayıb.

Bununla belə, 2020-ci ildə ordular arasında toqquşma baş verib və nəticədə 20 Hindistan əsgəri, dörd Çin əsgəri ölüb.

Çinin xarici işlər nazirliyi bildirib ki, Hindistan sərhəd məsələləri ilə bağlı növbəti raund danışıqların keçirilməsinə razılaşıb.

Hindistan indi Çinin ikinci ən böyük ticarət tərəfdaşıdır.

XS
SM
MD
LG