Accessibility links

Çin prezidenti gələn ay ABŞ-a səfər edəcək


ABŞ-ın milli təhlükəsizlik üzrə məsləhətçisi bildirib ki, ABŞ və Çin son illər aralarındakı fikir ayrılıqlarını müzakirə edib.

Ölkələr Çin prezidenti Hi Tsinpinin gələn ay ABŞ-a səfərinə hazırlıq görür.

Suzan Rays hal-hazırda Pekində Çinin yüksək səviyyəli diplomatı Yanq Cieçi və prezident Hi ilə görüşlər keçirir.

Prezident Hinin sentyabrın sonunda prezident Barak Obama ilə görüşmək və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış etmək üçün ABŞ-a səfər edəcəyi gözlənilir.

Ağ Ev bildirib ki, ABŞ-la Çin rəsmiləri ölkələr arasında daha da məhsuldar münasibətlər qurmağa çalışır.

Yanq müxbirlərə deyib ki, Raysla görüşdən sonra Çin əmin olmaq istəyir ki, prezidentin Vaşınqtona səfəri tam uğurlu keçəcək.

ABŞ prezidenti Barak Obama ötən ilin noyabrında Çin prezidenti ilə görüşüb. O zaman liderlər istixana qazlarının azaldılması istiqamətində işlər görməyə dair razılıq əldə edib.

XS
SM
MD
LG