Accessibility links

Çin uyğurlara qarşı zorakılıqlar barədə danışmaq cəhdlərini boğmaşa çalışır


Çin uyğurlara qarşı zorakılıqlar barədə danışmaq cəhdlərini boğmaşa çalışır
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Əhalisinin əksəriyyəti müsəlman olan ölkələrin çoxu ümumilikdə dünya boyu təzyiqlərə məruz qalan müsəlmanları dəstəkləyir. Lakin bəzilərinin dedyinə görə, Çin ölkədə azlıqda olan bir müsəlman qrupa qarşı zorakılıq barədə danışmaq cəhdlərini boğmaşa çalışır.

Çin Kommunist Partiyasının bu yaxınlarda keçirilən qurultayında Şi Tsinpinin prezidentlik müddətinin üçüncü dəfə uzadılmasından sonra uyğur fəallar Pekinin Sincan vilayətində məskunlaşan əsasən müsəlmanlardan ibarət bu azlığa qarşı siyasətində o qədər də dəyişiklik görmür.

Ruşan Abbas uyğur amerikalıdır və "Uyğurlar üçün Kampaniya" adlı vəkillər qrupunun yaradıcısıdır. "Çinlilər qadınlara və uşaqlara qarşı müharibə aparır. Biz sterilizasiyalar, məcburi abortlar və qadınların bədənlərinə mıəcburən IUD (hamiləliyə qarşı cihaz) yerləşdirilmə ilə üzləşirik."

Oktyabrın əvvəlində BMT-nin İnsan Hüquqları Şurasında uyğurların acınacaqlı vəziyyətinin müzakirəsi üçün ABŞ-ın dəstəklədiyi qətnamə layihəsi məğlubiyyətə uğradı. Təklifi şuranın 47 üzvündən yalnız 17-si dəstəkləyib, 11-i bitərəf qalıb, 19-u isə əleyhinə səs verib. Müsəlmanların çoxluq təşkil etdiyi İndoneziya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr bu təklifi dəstəkləməyib. Ruşan Abbas: "İndoneziya da daxil olmaqla, bəzi ölkələrin uyğurlar və digər türk müsəlman qardaş və bacılarının başına gələnlərin müzakirəsinə qarşı səs verdiklərini görmək məni kədərləndirdi."

İndoneziya ABŞ və digər Qərb dövlətləri tərəfindən geniş şəkildə dəstəklənən bu təklifin Çinin bu ölkənin daxili işlərinə qarışmaq cəhdi olduğuna dair fikrini dəstəkləyib. İndoneziyanın BMT İnsan Haqları Şurasındakı səöfiri Febrian Raddyard: "Biz inanırıq ki, şuranın bu gün qəbul etdiyi yanaşma, xüsusən də müvafiq ölkələrin razılığı və dəstəyinə malik olmadığı üçün əhəmiyyətli irəliləyişlərə səbəb olmayacaq."

Çin uyğurlara qarşı insan haqları pozuntuları törətdiyini uzun müddətdir inkar edir. Lakin BMT-nin İnsan Haqları Şurasının avqustun sonunda açıqladığı hesabatda uyğurlara qarşı insan hüquqlarının pozulmasına dair sübutlar tapılıb ki, bu da insanlığa qarşı cinayət sayıla bilər.

Bu iddiaları inkar etmək üçün Çin tez-tez indoneziyalı jurnalistləri və müsəlman liderləri Sincan vilayətinə sərt nəzarət altında dövlət turlarına dəvət edir.

Lakin İndoneziya hökumətinin mövqeyi ölkə parlamentinin bəzi üzvləri, o cümlədən Nümayəndələr Palatasının xarici siyasətə nəzarət edən komissiyasının Sukamta tərəfindən şübhə altına alınıb. "Əgər sübutlar varsa, o zaman İndoneziya hökumətinin bunları izləyəcəyinə ümid edirik. Biz orada hər hansı insan haqları pozuntusunun olmadığına əmin olmalıyıq".

BMT-nin bir diplomatı bildirib ki, İnsan Hüquqları Şurasının üzvləri səsvermədən əvvəl Çin tərəfindən onların dediyi kimi, "böyük təzyiqə" məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG