Accessibility links

Polis Çinin şimal-qərbində zorakılıqların ardınca dörd şübhəlini öldürüb


Polis Çinin şimal-qərbində zorakılıqların ardınca dörd şübhəlini öldürüb
Polis Çinin şimal-qərbində zorakılıqların ardınca dörd şübhəlini öldürüb

Çinin rəsmi Sinxua xəbər agentiyi polisin etnik zəmində gərginliklərin mövcud olduğu şimal-qərb bölgəsində şənbə günü iğtiraşaşlardan sonra dörd şübhəlini qətlə yetirdiyi haqda məlumat verib. 30 nəfərin yaralandığı bildirilir. Bazar günü baş verən hadisələrin detalları haqda məlumat yoxdur. Sinxua agentliyi şübhələnilənlərin kim olduğu və Kaşqarda baş vermiş zorakılıqların Çin əleyhdarları olan yerli uyğurlar və Çin əhalisinin əksəriyyətini təşkil edən Hanlar arasında mövcud gərginliklərin bir hissəsi olub-olmadığı məsələsinə aydınlıq gətirməyib. Polisin bildirdiyinə görə, bıçaqla silahlanmış şəxslərin şəhərdə insanlara hücum etməsindən sonra, daha dörd şübhəli yaxalanıb. Digərlərinin axtarışı davam etdirilir. Sincan regionunda 2009-cu ildə iki qrup arasında baş vermiş hadisələr zamanı 200-dən çox adam həlak olmuşdu.



  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG