Accessibility links

Çində pandemiya məhdudiyyətləri və boykotlar fonunda Qış Olimpiya Oyunlarına start verilib


2022-ci il Qış Olimpiya Oyunlarının açılış mərsimində səhnə performasnı göstərən rəqqaslar. 4 fevral 2022-ci il
2022-ci il Qış Olimpiya Oyunlarının açılış mərsimində səhnə performasnı göstərən rəqqaslar. 4 fevral 2022-ci il

Koronavirusun iki il əvvəl ortaya çıxdığı Çində qapalı şəkildə keçirilən Qış Olimpiya Oyunlarına start verilib. Bəzi Qərb ölkələri Çinin milyonlarla insana qarşı repressiv rəftarı səbəbindən diplomatik boykot elan edib.

Açılış mərasimi 2008-ci ildə Yay Olimpiya Oyunlarının açılış tədbirinin keçirildiyi Milli Stadionda Çin Prezidenti Şi Tsinpin və Beynəlxalq Olimpiya Komitəsinin sədri Tomas Baxın gəlişindən dərhal sonra başlayıb. Bununla da Pekin həm qış, həm də yay Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhər olub.

Bir çox dünya lideri 6 ay ərzində keçirilən ikinci Olimpiya oyunlarına artan xəstəlik səbəbindən qatılmasa da, mərasimə qatılanlar arasında ən diqqət çəkəni Vladimir Putin olub. O, bir gün öncə, Rusiyanın Ukrayna ilə sərhəddə təhlükəli qarşıdurma baş verdiyi bir vaxt, Şi ilə özəl görüş keçirib.

Olimpiya Oyunlarının açılış mərasimi adətən ev sahibiliyi edən ölkə üçün bir performans, mədəniyyət nümayişi, ölkənin ən yaxşı tərəflərini göstərmək şansıdır. Lakin bu ilki Pekin Oyunlarında səhnə performansı ilə reallıq arasındakı uçurum xüsusilə sarsıdıcıdır. Belə ki, Çin hakimiyyəti demokratiya tərəfdarı fəalları təqib edərək Honq-Konq üzərində nəzarəti gücləndirib, ölkənin uzaq qərbindəki müsəlman Uyğurlara qarşı qeyri-insani rəftar edir və Tayvanın müstəqilliyinə qarşı çıxır.

Pekin üçün bu Olimpiadalar onun dünyadakı bir oyunçu və güc statusunun təsdiqidir. Çindən kənarda, xüsusən də Qərbdə bir çoxları bu ölkədə avtoritarizimin getdikcə daha da gücləndiyini bildirir.

Digər tərədən oyunlar ərəfəsində müxalif fikirləri olması səbəbindən Çinin tennis ulduzu Penq Şuai ilə bağlı yaranmış mübahisə də diqqət mərkəzində olub. O keçən il Kommunist Partiyasının keçmiş məmurunu cinsi təcavüzdə ittiham etdikdən sonra ictimaiyyətin gözündən itib. İttihamı tez bir zamanda internetdən silinib və mövzunun müzakirəsi ciddi senzura altına alınıb.

XS
SM
MD
LG