Accessibility links

CHP: İstanbulda səslərin yarısı hesablanandan sonra İmamoğlu hələ də öndədir


Əkrəm İmamoğlu
Əkrəm İmamoğlu

Türkiyənin əsas müxalif partiyası şənbə günü bildirib ki, şəhərdəki seçki bülletenlərinin yarısı hesablanıb və nəticələrə görə partiyanın İstanbul merliyinə namizədi prezident Tayyib Ərdoğanın AK partiyasının irəli sürdüyü namizəddən bir az öndədir.

Biz qələbə əldə etdiyimiz seçkinin nəticələrini heç kimin oğurlamasına icazə verməyəcəyik.
CHP sözçüsü Faiq Öztrak

2002-ci ildən bəri hakimiyyətdə olan AKP və ondan öncəki islamçı sələfləri 25 ildir ölkənin iki ən böyük şəhərinə nəzarət edib.

Müxalif Respublikaçı Xalq Partiyası (CHP) bildirib ki, səslərin 49 faizi yenidən hesablanandan sonra partiyanın merliyə namizədi Əkrəm İmamoğlu 17,919 səslə irəlilədir. Bu isə hər iki namizədin 4 milyondan çox səs topladığı seçki üçün çox cüzi fərqdir.

İmamoğlunun AKP-dən olan rəqibi sabiq baş nazir Binali Yıldırım cümə günü deyib ki, fərq azalır və bütün hesablamalara bitəndən sonra Ali Seçki Komissiyasının hesablamasının nəticəsi fərqli olacaq.

CHP-nin sözçüsü Faiq Öztrak partiyanın İmamoğlunun qələbə çaldığını göstərən ilkin nəticələrinin dəyişməyəcəyindən əmin olduğunu söyləyib.

AKP partiyasının namizədi Binali Yıldırım
AKP partiyasının namizədi Binali Yıldırım

“Biz qələbə əldə etdiyimiz seçkinin nəticələrini heç kimin oğurlamasına icazə verməyəcəyik”, o deyib.

AKP İstanbulda 300 min, Ankarada isə 110 minə yaxın etibarsız bülletenin olduğunu bildirib. Partiya sözçüsü Ömər Çelik şənbə günü deyib ki, partiya Yüksək Seçkim Komissiyasının yekun nəticələrinə hörmət göstərəcək.

XS
SM
MD
LG