Accessibility links

Milad Ağacı Ağ Evə gətirildi


Birinci xanım Mişel Obama Şükran bayramından bir gün sonra Ağ Evə gətirilən Milad Ağacını qəbul edib

Birləşmiş Ştatların birinci xanımı Mişel Obama bir ənənə olaraq, Şükran bayramından bir gün sonra Ağ Evə gətirilən Milad Ağacını qəbul edib. Ağ Evə at arabası ilə gətirilən şam ağacını xanım Obama, qızları Saşa və Malia, itləri Bo ilə birgə qarşılayıb.

Xanım Obama 5.8 metr hündürlüyündəki ağacın ətrini hiss etmək üçün ağaca yaxınlaşmış, bu zaman 14 yaşlı qızı Malia şam ağacının ən hündür nöqtəsini seyr etməyi xoşladığını demişdir. Malianın ağacın yaxşı olduğunu deməsindən sonra xanım Obama baş barmağını qaldıraraq Milad Ağacının bəyənildiyinə işarə edib.

Milad Ağacını sərgiyə qoymaq və bəzəmək ənənəsi 16-cı əsr Almaniyasından qaynaqlanır. Xristianlar inanırlar ki, ağa İsa Məsihi təmsil edir və yeni başlanğıclara işarədir. Bu ənənə alman mühacirlər vasitəsilə Amerikaya yayılıb.
XS
SM
MD
LG