Accessibility links

70 gündür aclıq edən jurnalistin anası birinci vitse-prezidentə müraciət edib


70 gündür aclıq edən jurnalistin anası birinci vitse-prezidentə müraciət edib
please wait

No media source currently available

0:00 0:01:21 0:00

"Azel TV" saytının rəhbəri, həbsdə aclıq edən Əfqan Sadıqovun anası Hürnisə Sadıqova birinci vitse-prezident Mehriban Əliyevaya videomüraciət ünvanlayıb.

Ananın dediklərinə görə, oğlunu Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun göstərişi ilə əsassız həbs ediblər və 7 il müddətinə mühakimə ediblər.

"Əfqan etiraz əlaməti olaraq artıq 70 gündür aclıq edir və ədalətsiz hökmə etiraz edir. Oğlum ölümün astanasındadır," Sadıqova qeyd edir.

O, bir ana və yaşlı insan kimi Mehriban Əliyevadən humanizm və mərhəmət göstərməyi, oğlunun ədalətli məhkəməsinin təmin olunmasına yardım göstərməyi xahiş edir.

"Yanvarın 21-də oğlumun apellyasiya şikayətinə baxılacaq. Oğluma ədalət istəyirəm, onun əsassız təqibinə son qoyulmasını istəyirəm," ana deyib.

Sumqayıt İcra Hakimiyyəti hələ jurnalistin anasının dediklərinə münasibət bildirməyib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq, yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

O həmin vaxtdan saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında aclığa başlayıb. Hazırda jutrnalist Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində həkim nəzarətindədir.

Həyat yoldaşının dediyinə görə, Sadıqov hazırda yeriyə bilmir, 30 kiloqramadək çəki itirib, böyrəklərində problemlər yaranıb, beyninin qanla qidalanmasında çətinliklər var.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG