Accessibility links

2021-ci ilədək Kolumbiyada yaşayan venesuelalı miqrantların sayı 4 milyona çata bilər


2021-ci ilədək Kolumbiyada yaşayan venesuelalı miqrantların sayı 4 milyona çata bilər. Kolumbiyanın xarici işlər nazirinin dediyinə görə, sosialistlərin idarə etdiyi Venesuelada vəziyyət ağırlaşmaqdadır.

Vəziyyət ağırlaşsa, 4 milyon veneselalı Kolumbiyaya üz tutacaq

Venesuelalılar vətənlərini ərzaq və dərman qıtlığına görə tərk etməli olur. Dərin iqtisadi durumdan qaçanların əksəriyyəti Kolumbiyada sığınacaq tapır. 50 milyon əhalisi olan Kolumbiyada artıq 1 milyona yaxın mühacir yaşayır.

Onların səhiyyə, təhsil və infrastruktur xərcləri ölkəyə ümumi daxili məhsulun 0.5 faizinə başa gəlir.

"Vəziyyət ağırlaşsa, 4 milyon veneselalı Kolumbiyaya üz tutacaq” - deyə, Kolumbiyanın xarici işlər naziri Karlos Holmes Truxillo bildirib.

Boqotoda keçirilən mühacirət forumunda danışan nazir hökumətin araşdırmalarının gələn həftə açıqlanacağını deyib. O, 26.57 trillion pesoya (8.87 milyard dollar) ehtiyac olduğunu bildirib.

"Ölkəmiz heç vaxt üzləşmədiyi problem qarşısındadır. Gələn illər ərzində büdcədə 10.5 faiz artım tələb ediləcək- deyə, Karlos Holmes Truxillo əlavə edib.

Karlos Holmes Truxillo
Karlos Holmes Truxillo

Son illər Venesuelanı 2 milyona yaxın insan tərk edib. BMT-nin təxminlərinə görə, onların əksəriyyəti Cənubi Amerika ölkələrinə üz tutub. Mühacirət tələbatı ölkələrin yardım istəməsinə səbəb olub.

Venesuela prezidenti Nikolas Maduro və və hakim Sosialist Partiyasının rəsmiləri miqrasiya göstəricilərinin siyasi motivli, yalan xəbərlərin isə ölkənin daxili işlərinə müdaxilə üçün bəhanə olduğunu deyir.

XS
SM
MD
LG