Accessibility links

ABŞ-ın məhbuslarla qəddar rəftarından Britaniya xəbərdar imiş


Birləşmiş Krallığın parlament komitəsi 2001-ci il 11 sentyabr terror aksiyalarından sonra həbs edilənlərlə ABŞ-ın qəddar rəftarından Britaniyanın kəşfiyyat agentliklərinin xəbərdar olduğuna şübhə edilmədiyini bildirib.

Parlamentin Kəşfiyyat və Təhlükəsizlik komitəsinin hesabatında deyilir ki, Britaniya bu davranışının lap ilkin mərhələsində bundan xəbərdar olub və bunun Amerikanın davranışına təsir göstərməyə çalışıb.

Hesabatda Britaniyanın səlahiyyətli nümayəndələrinin məhbuslardan əldə etdikləri məlumatlara görə, pis rəftara məruz qalan 198 haldan xəbərdar olduqları deyilir.

Komitə bildirib ki, Britaniya o zaman həyati əhəmiyyət daşıyan kəşfiyyat məlumatlarına girişi itirməmək və daha bir hücuma yol verilməsinə mane olmaq məqsədi ilə bunu edib.

Kəşfiyyat agentliklərinin məsələyə göz yumması əlaqələrin pozulmaması ilə izah edilir. Əgər agentliklər narahatlıqlarını bildirsə idi, ABŞ Britaniyanı məhbuslarla bağlı məlumatdan və məlumatların mübadiləsindən məhrum edə bilərdi.

İnsan haqları müdafiəçiləri məhbusların vəziyyətinin yoxlanmasınə və necə deyərlər, terrorla müharibənin necə aparıldığının araşdırılmasına çağırıb.

XS
SM
MD
LG