Çərşənbə axşamı gecə növbəti 10 demokrat namizəd 2020-ci il ABŞ prezident seçkiləri uçun ilkin debatda iştirak edib.
Namizədlər arasında öndə gedən sabiq vitse-prezident Co Bayden keçmişdə məktəblərdə irqi ayrı-seçkiliyə səbəb olan avtobus planlarının dəyişdirilməsinə qarşı olması barədə şərhlərini müdafiə edib.
“Vitse prezident bu gün siz razılaşırsınız? Siz Amerikada avtobus siyasətinə qarşı çıxmanızda yalnış olduğunuzu etiraf edirsiniz?” - deyə, kaliforniyalı senator Kamala Harris sual edib.
“Mən Amerikada məktəb avtobusu siyasətinin əleyhinə deyildim. Mən avtobus siyasətinin Təhsil Nazirliyi tərəfindən tətbiq edilməsinin əleyhinə idim” - deyə, Co Bayden cavabında bildirib.
Erik Svalvell Co Baydeni tənqid edən ilk namizəd olub. O, Co Baydenin ölkəni idarə etmə vaxtının keçdiyini bildirib.
“Mənim 6 yaşım var idi. Prezidentliyə namizəd Kaliforniyada demokratların qurultayına gəlib - "Məşəli yeni nəsil amerikalılara ötürməyin vaxtı çatıb" dedi.
"Həmin namizəd o zaman senator olan Co Bayden idi. 32 il bundan əvvəl Co Bayden bu sözləri deyərkən düz deyirdi. O bu gün də düz deyir. Əgər biz iqlim xaosu problemini həll etmək istəyiriksə, məşəli bizə ötür. Əgər biz tələbə borcları ilə bağlı problemi həll etmək istəyiriksə, məşəli ötür. Əgər biz uşaqlarını məktəbə göndərməkdən ehtiyat edən ailələrə kömək etmək üçün silah zorakılığına son qoymaq istəyiriksə, məşhəli bizə ver”- deyə, Erik Svalvell bildirib.
Öndə gedən namizəd Baydenin rəqiblərinin hədəfi olmaqda davam edəcəyi gözlənilir.