Accessibility links

2021-ci il Beynəlxalq Cəsarətli Qadınlar Mükafatı qaliblərə təqdim edilib


2021-ci il Beynəlxalq Cəsarətli Qadınlar Mükafatı qaliblərə təqdim edilib
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Beynəlxalq Qadınlar Günü qadınların uğurları qeyd edilir və qadın hüquqları ilə bağlı məsələlərə diqqət yönəldilir. Bazar ertəsi bu münasibətlə ABŞ Dövlət Departamenti Beynəlxalq Cəsarətli Qadınlar Mükafatının təqdimatı olub.

Bazar ertəsi Paris, Madrid kimi şəhərlərdə və dünyanın hər yerində insanlar Beynəlxalq Qadınlar Gününü qeyd etmək üçün yerlərdə və onlayn olaraq bir araya gəliblər.

Mumbayda motosikletçiklər yürüşünün iştirakçıları bu günün qadınların seçimlərinin özlərinə aid olduğunu xatırlatdığını bildirir.

Ancaq bu il bayram Myanma kimi ölkələrdə qarışıqlıq şəraitində keçir. Birləşmiş Millətlər Təşkilatı bazar ertəsi günü 50-dən çox insanın çevriliş və ölkənin faktiki lideri An San Suu Çinin həbsindən sonra zorakılıq qurbanı olduğunu bildirib.

Pyo Pyo An mədəniyyətləri və dini fərqləri aradan qaldırmaq üçün gəncləri bir araya gətirməyi hədəfləyən təşkilat olan Qanadlar Barışıq İnstitutunun həmtəsisçisidir. O builki Beynəlxalq Cəsarətli Qadınlar mükafatına layiq görülüb və Myanmada yeni liderlərdən biri hesab olunur. O, Amerikanın Səsinə danışıb.

“Ölkəmdə köklü dəyişikliklər dövrüdür. Hər təbəqədən dövlət çevrilişi əleyhinə hərəkata cəsarətlə qoşulan qadın liderlər var. Bu çətin gündə bu mükafatı almağımı qəribə, narahat və kədərli hisslərlə qarşılayıram. Ən çox qurban verənlərlə müqayisədə bu mükafata layiq olmasam da, ölkəmiz üçün demokratiya və azadlıq uğrunda mübarizə aparan bütün cəsarətli qadınlar adından onu qəbul edirəm” – deyə, 2021-ci ildə Beynəlxalq Cəsarətli Qadın Mükafatını qazanan Pyo Pyo An bildirib.

ABŞ-ın birinci xanımı Cill Bayden bazar ertəsi Dövlət Departamentinin Cəsarətli Qadınlar virtual mərasimində danışıb.

“Bu qadınlar mübarizə aparmaq üçün fövqəladə bir seçim ediblər. Ədaləti tələb ediblər. İnanıblar ki, qarşılaşdıqları maneələrə və qorxulara baxmayaraq, gələcək üçün mübarizə aparmağa dəyər” – deyə, ABŞ-ın birinci xanımı qeyd edib.

Prezident Co Bayden bu günü iki icra sərəncamı imzalayaraq qeyd edib. Bir sərəncamla Gender Siyasəti Şurası yaradılır, digəri ilə isə universitet şəhərciklərində cinsi təcavüzə qarşı mübarizə məqsədi daşıyır.

Bazar ertəsi ABŞ Dövlət katibi tərəfindən təqdim olunan Beynəlxalq Cəsarətli Qadınlar mükafatının 15 illiyi qeyd olunur.

XS
SM
MD
LG