Accessibility links

2018 - ABŞ-da Qadın İli


2018 - ABŞ-da Qadın İli
please wait

No media source currently available

0:00 0:03:33 0:00

2018-ci il qadın ili elan edilib. Buna ABŞ-da milli, ştat və yerli seçkilərdə qadınların rekord səviyyədə qələbə əldə etməsi yol açıb. Bu müxtəlif qrupa Tramp administrasiyasının siyasətinin əleyhinə olan ilk dəfə seçilənlər də daxildir.

Yanvar ayında Konqresə yeni simalar qatılacaq. Rekord səviyyədə qadın siyasətçilər də. 126 nəfər and içərək vəzifəsinə başlayacaq. Bu, qadınların səsvermələrdə fəallığı çağırışlarının nəticəsidir.

Trampın hakimiyyətə gəlməsindən bəri qadınlar və siyasət haqda dedikləri kütləvi etirazlara səbəb olub. Digərləri qapıları döyərək, ara seçkilərdə dəyişiklik tələb edib.

“2017-ci ilin yanvar ayında qadınların aksiyası buna başlanğıc oldu. Bir çox insan, bir çox qadın Trampın şərhləri və onun mövqeyinə diqqət yönəltməyə çalışdı” - deyə, təhliçi Qian Makki bildirib.

Qadınların qəzəbini iş yerlərində seksual qısnama halları daha da artırıb. Məsələ #metoo adı altında milli debatlara yol açıb.

Bu hərəkat televiziya ulduzu, bir zamanlar Amerikanın atası adlandırılan Bill Kozbi kimi bir çoxlarının ifşa edilməsi və onların bəzilərinin həbsinə yol açıb.

“Seksual təcavüzə məruz qalan qadınlar üçün bu, böyük qələbədir” , Kozbini günahlandıran Lili bernard deyib.

Qimnastika komandasının sabiq həkimi Larri Nassar Olimpiya çempionları da daxil edilməklə, 100-dən artıq gənc qızı qısnama ittihamı ilə həbsə məhkum edilib.

“Baxmayaraq ki, mən də bu qurbanlar arasındayam, həyatımı qurban kimi davam etdirməmişəm, etdirməyəcəm”, Amerikanın Olimpiya oyunlarının qızıl medalisti Cordan Viber bildirib.

Prezident Trampın Ali Məhkəməyə hakim seçdiyi Brett Kavano da cinsi qısnamada günahlandırılıb.

"O, məni zorlayacaqdı. Mən yardım üçün çağırırdım” Kavanonu günahlandıran Kristin Bleysi Ford deyib.

"Mən nə ona, nə də başqasına qarşı belə bir iş görmüşəm. Bu, mən deyiləm” , Kavano inkar edib.

Kavano vəzifəsinə təyin edilsə də, ittihamlar qadın hüquqlarına dair debatları daha da qızışdırıb.

“Amerika tarixi boyunca qəzəb bərabərliyi qadınları siyasətə qoşulmağa vadar edib" - deyə, Me too hərəkatının lideri Rebekka Trayster bildirib.

Qəzəbin nəticələri? Təhlilçilər hələ belə bir ara seçkiləri olmadığını deyir.

“Seçicilər amerikalıları təmsil edən liderləri seçmək imkanı əldə edib. Afro-amerikalılar, latın amerikaıları , Amerika hinduları, homoseksuallar kimi müxtəlif namizədləri” - deyə, Amerika universitetindən Molli Orurke bildirib.

Seçicilər bu müxtəlif qrupdan əsasən qadınları seçib. Burada ilk dəfə fələstinli amerikalı və somalili müsəlman amerikalı qadın da seçilib.

“Seçicilər Vaşiqntonun illərdir yürütdüyü siyasətdən bezib. Bunun digər səbəbi eyni yaşlı insanların rəhbərlikdə olmasıdır” - deyə, Amerika universitetindən Molli Orurke əlavə edib.

Lakin Vaşintonda kişilər hələ də dominantdır. Ölkə əhalisinin 51 faizini təşkil edən qadınlar Konqresdə 25 faizdən az təmsil olunur.

İrəlidə yol uzun görünsə də, qadın hüquqları fəalları qadın ilinin 2018-dən sonra da davam edəcəyini düşünür.

XS
SM
MD
LG