Uğursuzluqlar koronavirus səbəbindən Çin və Avropadakı şəhərlər qapanmalara gedərkən başladı. Bunu Corctaun Universitetinin səhiyyə hüququ üzrə mütəxəssisi Laurens Qostin deyir
Corctaun Universitetindən Laurens Qostin bildirir ki, "Biz hazırlıq görmədik. Biz bunun gəldiyini bilirdik. Biz mütləq bilməli idik. Biz mütləq hazırlıq görməli idik. Artıq yoluxmalar başlayanda ortaya çıxan ilk böyük problem testlər oldu".
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən gələn ilk test işə yaramadı. Ardınca bir aylıq test çatışmazlığı, gecikmələr və nəticənin əldə edilməsi üçün uzun müddət gözləmələr virusun nəzarətdən çıxmasına səbəb oldu.
Miçiqan Universitetinin elm tarixçisi Hovard Markel deyir ki, prezident Donald Trampın özünün səhiyyə işçilərini adıcıl olaraq gözdən salması məsələyə kömək etmədi.
Miçiqan Univestitetindən Howard Markel isə deyir ki, "Bu, əvvələr ekspertlərlə işləyən bir administrasiya deyildi. Onları nəinki, qiymətləndirmədi. Heç onlara hörmət qoymadı".
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin mütəxəsisləri aprel ayında hər kəsin parçadan maska taxmasını tövsiyə edəndə Tramp bildirişi oxudu və sonra onu dəyərsizləşdirdi.
Prezident Donald Tramp mətbuat konfransında çıxışı zamanı bildirib ki, "Bu, sadəcə könüllüdür. Bunu etməyə məcbur deyilsiniz. Onlar bunu sadəcə müəyyən bir müddət üçün tövsiyə edir. Bu, könüllüdür. Düşünmürəm ki, mən də bunu edəcəm".
Maskalar tez bir zamanda Demokratların qəbul etdiyi bir hal oldu və Respublikaçılar buna müqavimət göstərdi, elmə isə heç məhəl qoymadılar.
Qütbləşmiş siyasi vəziyyət həm də sağlamlığın qorunması ilə iqtisadiyyat arasındakı çətin tarazlığı qarışdırdı.
Tramp və Respublikaçılar daha çox iqtisadiyyatın tərəfini tutdular. Necə ki, aprel ayında Tramp koronavirusla əlaqədar qapanmalara dirəniş göstərdi. Yalnız Demokrat qubernatorlar qapanmalar tətbiq etdi.
Laurens Qostin bildirir ki, "ABŞ prezidentinin bu qorunma tədbirlərinə qarşı qiyam qaldırmağa çağırması kiçik bir şey deyil. Bu, millətimizin liderləri və ictimai səhiyyə qurumlarının bu pandemiyaya qarşı həqiqətən mübarizə qabiliyyətinə dağıdıcı bir zərbədir".
Virusdan qorunma tədbirlərinə qarşı çıxdıqdan sonra sentyabr ayının sonunda Trampın özünün bu virusa yoluxması heç də sürpiz deyildi.
Lakin Qostin bu məsələdə günahkarın təkcə liderlər olmadığını deyir: "Görünən odur ki, biz bir millət olaraq özümüzü və başqalarını qoruyacaq kiçik şeylər - maska taxmaq və məsafə saxlamaq qabiliyyətində deyilik".
Mart ayında universitetlərin yaz tətilindən tutmuş Şükranlıq günü səyahətləri ilə amerikalılar ictimai səhiyyə xəbərdarlıqlarını gözardı edtməsi virusun yayılmasının davam etməsinə səbəb oldu.
Qostin deyir ki, digər tərfdən Amerika höküməti koronavirus peyvəndinin istehsalı üçün milyardlarla dollar investiya qoydu ki, indi bu, öz nəticəsini verir, "Amerika indi peyvnədlərin inkişaf etdirilməsində digər ölkələrlə birlikdə ön sıradadır. Və bu bizim qurtuluşumuz ola bilər".
Pfizer və Moderna şirkətləri əvvələr görünməmiş bir sürətlə peyvəndləri inkişaf etdirdi, digərləridə bunların ardınca gəlir.
Pandemiya ili sonuna doğri gedir, pandemiyayaya son qoya biləcək vaksinlər isə gəlməyə başlayır.