Accessibility links

2018-ci ildə Çini çıxmaqla 690 edam olub


Amnesty International təşkilatının insan haqları müdafiəçiləri dünyada ölüm cəzası ilə bağlı vəziyyət barədə məruzə hazırlayıblar. Məhkəmələrin qərarı ilə 2018-ci ildə 20 ölkədə azı 690 adam edam edilib.

Hesabatın müəllifləri tərəfindən verilən məlumatlar müxtəlif ölkələrdə penitensiar qurumların rəsmi statistikasına əsaslanır. Statistikalar tamamilə və ya qismən gizli olduğu yerlərdə Amnesty International media tərəfindən nəşr olunan, həmçinin edam edilmiş və hüquq müdafiəçilərinin yaxınları tərəfindən yayılan məlumatları toplayır.

İranda ən azı 253, Səudiyyə Ərəbistanında isə 149 adam edam olunub.

Məsələn, İraqda 52+ insanın öldürüldüyü haqda açıqlama o deməkdir ki, orada 52 nəfərin öldürüldüyü barədə məlumat yoxlanaraq təsdiqlənib. Lakin mümkündür ki, hakimiyyət orqanları daha çox adamı edam ediblər.

Nastoyaşeye Vremya hesabatın əsas tezislərini seçib.

2017-ci il ilə müqayisədə 2018-ci ildə dünyada 31% az insan edam olunub. Ancaq Çin bu iki ilin statistikasına daxil deyil.

İran İslam Respublikası ən çox insan edam edən ölkələr sırasındadır.
İran İslam Respublikası ən çox insan edam edən ölkələr sırasındadır.

Məhkəmə qərarı ilə öldürülənlərin sayı 993-dən 690-a düşüb. 2017-ci ildə edam edilən ölkələrdən 2018-ci ildə Bəhreyn, Banqladeş, İordaniya, Küveyt, Malayziya, Fələstin və Birləşmiş Ərəb Əmirliklərində heç bir ölüm hökmü olmayıb.

İranda ən azı 253, Səudiyyə Ərəbistanında 149, Vyetnamda 85 adam, İraqda isə 52 adam edam edilib.

2017-ci ildə edam baş vermiş ölkələrdən 2018-ci ildə Bəhreyn, Banqladeş, İordaniya, Küveyt, Malayziya, Fələstin və Birləşmiş Ərəb Əmirliklərində heç kəs edam olunmayıb.

İnsan hüquqları müdafiəçiləri əmindirlər ki, Çin ilk beşliyə başçılıq edir. Hesabatda ölkədə minə qədər edam cəzası icra olunduğu deyilir. Amma rəsmi statistika mövcud deyil: Çində 46 cinayətə, o cümlədən korrupsiyaya görə icra edilən edam barədə məlumatlar dövlət sirri sayılır.

Edam edilən şəxslər haqqında məlumatların dövlət sirri olduğu Belarusda da ən azı dörd nəfər edam edilib.

Belarus Avropada ölüm hökmlərinin icra edildiyi yeganə ölkədir. Edam barədə əvvəlcədən bildirilmir, öldürülənlərin cəsədləri yaxınlarına verilmir. Qohum olduqda, edam olunduqdan bir müddət sonra, ölüm barədə ərizə və məhkumun şəxsi əşyaları göndərilir.

Sinqapurda və Somalidə 13 nəfər edam edilib.

Yaponiyada bu ölkə üçün rekord göstərici olan 15 nəfəri edam edib.

Yaponiyada sarin qazı ilə metroda hücum törətmiş Aum Şinrikyo kultunun üzvlərinin edam olunması bu ölkədə edam üzrə göstəriciləri artırıb. Tokyo, 20 mart, 1995.
Yaponiyada sarin qazı ilə metroda hücum törətmiş Aum Şinrikyo kultunun üzvlərinin edam olunması bu ölkədə edam üzrə göstəriciləri artırıb. Tokyo, 20 mart, 1995.

Yaponiyada rəqəmlərin artmasının səbəbi 2018-ci ildə hökumətin “Aum Şinrikyo” sektasının lideri və qurucusu Syoko Asahara və üç digər yüksək rütbəli üzvü olan Kiyohide Hayakava, Tomomas Nakagava və Yosihiro Inoueyə edam hökmünü icra olunmasıdır.

"Aum Şinrikyo" nun liderləri və iştirakçıları 1995-ci ildə Tokyo metrosunda terror hücumu törətməkdə təqsirli bilinib. O zaman qatarlarda sarin qazı zəhərlənməsindən 13 adam ölmüş, təxminən 6,000 nəfər xəsarət almışdı.

İranda edam cəzaları beynəlxalq normalara zidd olaraq ictimaiyyət qarşısında icra olunur.

Dünyada ölümə məhkum olanlar əsasən güllələnir, asılır və ya onlara ölümcül inyeksiya vurulur. ABŞ-da bəzi hallarda elektrik oturacaqdan istifadə olunur, Səudiyyə Ərəbistanında isə baş kəsilir.

İranda ən azı 13 edam ictimaiyyət qarşısında icra edilib, bu isə beynəlxalq hüququn hər hansı bir standartına ziddir. Həmçinin bu ölkədə cinayət törədildiyi zamanı 18 yaşı olmayan yeddi adamın edam edildiyi haqqında məlumat var.

Amnesty-də 2018-ci ildə daşqalaq olunaraq edam olunanlar barədə məlumat yoxdur. İranda iki adamın daşqalaq olunaraq ölümə məhkum olduğu məlumdur, lakin bu qərar yerinə yetirilməyib.

Bütün dünya üzrə 19,346 məhbus hazırda ölüm kameralarındadır.

Edamın olunması və icrasına dair statistikalar əhəmiyyətli dərəcədə fərqlənir: 2018-ci ildə dünyanın 54 ölkəsində 2531 nəfər edam cəzasına məhkum edilib.

29 ölkədə ölüm hökmləri başqa cəza növü – ömürlük həbs və ya təcili həbs, hətta əfvlə əvəz edilib.

Misirdə bir, Küveytdə üç, Malavidə və ABŞ-da iki olmaqla səkkiz nəfərin ölüm hökmləri yenidən nəzərdən keçirilərək ləğv olunub və ya məhbuslar bəraət alıb.

2018-ci ildə Birləşmiş Ştatlar Şimali və Cənubi Amerikada ölüm hökmlərinin icra olunduğu yeganə dövlət olub. 2018-ci ildə bu ölkədə 25 adam edam edilib. Lakin ABŞ-da edam cəzalarının qanuniliyi ştatdan ştata fərqlənir. Azı 20 ştatda edam cəzası qeyri-qanunidir.

ABŞ-da edam cəzalarının qanuniliyi ştatdan ştata fərqlənir. Azı 20 ştatda edam cəzası qeyri-qanunidir.

Məhkəmə qərarı ilə öldürülənlər arasında 1983-cü ildə iki adamın öldürülməsinə görə məhkum olunan və elektrik oturacağında edam olunan Edmund Zaqorski var. Bu üsul ABŞ-da beş ildir ki, istifadə edilmirdi və məhbusun öz seçimi olub.

Alabama ştatında 1989-cu ildə vəkil və hakimin qətlinə görə məhkum edilmiş 83 yaşlı Uolter Mudiyə ölümcül inyeksiya vurulub. O, 10 il ona verilən hökmün appelyasiyasının qərarını və 20 il ölüm hökmünün icrasını gözləyib. O, ən yaşlı edam olunan amerikalı olub.

2018-ci ildə 106 ölkədə ölüm cəzası tamamilə ləğv edilib, səkkiz ölkə isə bunu müharibə cinayətləri üçün "müstəsna ölçü" olaraq saxlayıb.

2018-ci ilin oktyabr ayında ABŞ-ın Vaşinqton ştatında ölüm cəzası ləğv edilib.

Hesabatın müəllifi Amnesty International təşkilatıdır. Təşkilat cinayətin təbiəti və şərtlərinə, günahkarın və cinayətkarın şəxsiyyətinə və ya dövlətin hökmlə həyatdan məhrumetmə üsulundan asılı olmayaraq, istisnasız, bütün hallarda ölüm cəzasına qarşı çıxır. Təşkilat ölüm cəzasının tamamilə ləğv edilməsi üçün mübarizə aparır.

XS
SM
MD
LG