Accessibility links

2018-ci ildə əhali banklardan daha çox dollar, avro və funt sterlinq alıb


Dollar və avro
Dollar və avro

2018-ci ildə banklar əhaliyə 3 milyard 406 milyon 108 min dollar satıb, 2 milyard 37 milyon 197 min dollar alıb. Bu barədə Turan agentliyi məlumat yayıb.

Beləliklə, Amerika valyutasının əhali tərəfindən alınmasının saldosu 1 milyard 368 milyon 911 min təşkil edib, Bu göstərici 2017-ci illə müqayisədə 1 milyard 342 milyon 366 min dollar və ya 5 faiz çoxdur.

2018-ci ildə əhali banklardan 661 milyon 712 min avro alıb və 302 milyon 501 min avro (fərq 359 milyon 211 min avro) satıb.

Hesabat dövründə əhali banklardan 51 milyon 206 min funt sterlinq alıb, 9 milyon 536 min (fərq 41 milyon 670 min) satıb.

2017 illə müqayisədə əhalinin avro alışı 36 milyon 619 min ya da 11.3%, funt sterlinq alışı 16 milyon 758 min və ya 67.3% artıb.

XS
SM
MD
LG