Accessibility links

2018-ci ildə Azərbaycan 37, Ermənistan 45 hərbi qulluqçusunu itirib


2018-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunun 37, Ermənistan Silahlı Qüvvələrinin isə 45 hərbi qulluqçusu ölüb. Bu barədə “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan hərbçilərinin 6 nəfəri döyüş, 31 nəfəri qeyri döyüş şəraitində dünyasını dəyişib.

“Azərbaycan Silahlı Qüvvələrinin 6 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 5 hərbçi xəstəlik, 4 nəfər bədbəxt hadisə, 8 nəfər naməlum hadisə, 4 nəfər əsgər yoldaşının açdığı atəş, 6 nəfər avto-qəza, 2 nəfərsə mina partlayışı nəticəsində dünyasını dəyişib. 2 hərbçi intihar edib”, institut bildirir.

2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrində ümumilikdə 21 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu bildirir ki, Ermənistan Silahlı Qüvvələrində dünyasının dəyişənlərin 7-si döyüş, 38 nəfəri qeyri-döyüş itkisidir.

“7 hərbçi Azərbaycan tərəfinin atəşindən, 19 nəfərsə bədbəxt hadisələrdən dünyasını dəyişib. Bundan başqa 8 nəfər intihar edib, 2 nəfər əsgər yoldaşı tərəfindən qətlə yetirilib. 2 nəfər xəstəlik səbəbindən dünyasını dəyişib. 3 nəfər təhlükəsizlik qaydalarının poyulması səbəbindən, daha 4 nəfərsə başqa səbəblərdən dünyasını dəyişib”, institutun məlumatında qeyd edilir.

Xəbərdə 2018-ci ildə Ermənistan Silahlı Qüvvələrinin 25 hərbi qulluqçusunun yaralandığı və ya xəsarət aldığı bildirilir.

2017-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda 59 hərbi qulluqçu, Ermənistan Silahlı Qüvvələrində 59 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 19 nəfəri döyüş, 40 nəfəri qeyri-döyüş itkisi idi.

2017-ci ildə Ermənistan Silahlı Qüvvələrinin 59 hərbi qulluqçusu dünyasını dəyişmişdi. Dünyasını dəyişənlərin 22-si döyüş, 37 nəfəri isə qeyri-döyüş itkisi olub.

Məlumata hələ nə Azərbaycan, nə də Ermənistan rəsmiləri münasibət bildirməyib.

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG