Accessibility links

2017-ci ildə İranda insanları etirazlara sövq edən jurnalist edam olunub


Ruhollah Zam
Ruhollah Zam

Rəsmilərin bildirdiyinə görə, İran şənbə günü bir zamanlar sürgündə olan jurnalisti, müəmmalı şəkildə Tehrana qayıdandan bir neçə ay sonra 2017-ci ildə ümummilli iqtisadi etirazlara ilham verən onlayn işlərinə görə edam edib.

İranın dövlət televiziyas və dövlətə məxsus IRNA xəbər agentliyi bildirib ki, 47 yaşlı Ruhollam Zam şənbə səhər dar ağacından asılıb. Xəbərlədə əlavə məlumat paylaşılmayıb.

Məhkəmə iyun ayında Zamı ölümə məhkum edib və deyib ki, o, “Yer üzündə fitnə-fəsad” yaymaqda ittiham olunub. Bu ittiham tez-tez casusluq və ya İran hökümətini devirmək cəhdləri ilə əlaqədar məhkəmə işlərində istifadə olunur.

Zam-ın vebsaytı AmadNews və onun populyar mesajlaşma applikasiyası Telegram-da yaratdığı kanal etirazların zamanı barədə və İranın Şiə teokratiyasına meydan oxuyan rəsmilərlə bağlı utancverici məlumatlar paylaşıb.

2017-ci ilin sonunda başlayan nümayişlər 2009-cu ildə Yaşıl Hərəkatdan bəri İranda baş verən ən böyük etirazlar olmuşdu və ötən ilin noyabr ayında bənzər kütləvi iğtişaşlara səbəb olmuşdu.

2017-ci ildə etirazlara ilkin olaraq ərzaq qiymətlərinin kəskin artması səbəb olmuşdu. Bir çoxları inanır ki, İran prezidenti Həsən Ruhaninin sərt xətt tərəfdarı olan əleyhdarları ictimaiyyətin qəzəbini prezidentə yönəltmək məqsədilə ilk olaraq İranın şimali-şərqində mühafizəkar Məşəd şəhərində nümayişləri başladıblar. Lakin etirazlar bir şəhərdən digərinə yayılmağa davam etdikcə qəzər bütün hakim sinfə doğru yönəldi.

Çox qısa zaman ərzində Zamın paylaşdığı onlayn videolarda Ruhani və hətta ali ruhani Ayətullah Əli Xameneiyə birbaşa meydan oxuyan çağırışlar səslənməyə başladı. Zamın kanalında həmçinin etirazların zamanı və təşkili ilə bağlı detallar da yer alırdı.

Telegram kanalı İran hökümətinin Molotov kokteyli hazırlamaqla bağlı məlumat yaydığına dair şikayəti üzərinə bağladı. Kanal daha sonra başqa ad altında açıldı. Nahaq yerə xarici kəşfiyyat xidmətləri ilə işləməkdə ittiham olunduqdan sonra İrandan qaçdığını söyləyən Zam Telegram kanalında zorakılığı təbliğ etdiyini inkar etmişdi.

2017-ci il etirazları zaman 5000-ə yaxın insan həbs olundu, 25 nəfər həyatını itirdi.

Zamın həbsinin detalları hələ də aydın deyil. Zam Parisdə fəaliyyət göstərsə də, müəmmalı şəkildə İrana geri döndü və orada kəşfiyyat rəsmiləri tərədindən həbs edildi. O, son illərdə İrana geri dönən bir neçə müxalif fəallarından biridir.

Fransa daha öncə ona verilən edam hökmünü “İranda ifadə və mətbuat azadlığına ciddi zərbə”olduğunu söyləyərək tənqid etmişdi.

Bu ilil əvvəlində televiziyada onun işi ilə bağlı bir sıra etiraflar yayımlanıb.

Zam iyul ayında verdiyi mühasibədə 2019-cu ilin oktaybr ayında həbs ediləndən bəri 30 kiloqram çəki itirdiyini söyləmişdi. O, həbsinən sonra doqquz il sonra ilk dəfə atası altı il sonra isə anası və bacısı ilə görüşə biləcəyini demişdi.

Zam şiə ruhani və 1980-ci illərin əvvəlində hökümətdə xidmət göstərən islahatçı Məhəmməd Əli Zamın oğludur. O, 2017-ci ilin iyul ayında İran mediasında dərc olunan yazısında AmadNews-da yayımlanan xəbərlərə cə Telegram kanalındakı mesajlarına görə oğlunu dəstəkləməyəcəyini bildirmişdi.

XS
SM
MD
LG