Accessibility links

2020-ci ildə iqlim fəlakətlərinə pandemiya da əlavə olundu


2020-ci ildə iqlim fəlakətlərinə pandemiya da əlavə olundu
please wait

No media source currently available

0:00 0:02:58 0:00

2020-ci ildə COVID-19 dominantlıq etsə də, iqlim dəyişikliyi dayanmadı.

2020-ci ildə Kaliforniyadan tutumuş Sibirə kimi baş verən meşə yanğınları rekord qırdılar. Atlantik okeanda misli görülməmiş sayda fırtınalar baş verdi.

2020-ci il tarix boyu qeydə alınan ən isti il olacaq.

Planetin temperaturu artdığı bir vaxt dünya COVID-19-la üzləşdi. Koronavirus pandemiyası səbəbilə küçələr boşaldı, hava ilə səyahət azaldı. Bu, planetin istiləşməsinə səbəb olan karbon emissiyalarını rekord 7 faiz azaltdı. Amma Dünya Resurslar İnstitutunun direktoru Dan Laşnofun dediyinə görə, bu, sevinmək üçün bir səbəb deyil.

“Aydındır ki, 2020-ci ildə COVID səbəbilə emissiyalarda baş verən azalma emissiyaları azaltmağın doğru yolu deyil. Buna dair şübhə yoxdur. Bu vəziyyət iqtisadiyyat bərpa olunduğu an yenidən dəyişəcək,” o deyib.

Dünya boyu köklü dəyişikliklər olmalıdır. Kolumbiya Universitetinin hüquq üzrə professoru Maykl Cerrard deyir ki, bəzi ölkələr bu il yolda böyük addımlar atıblar.

“Ötən ilin ən vacib iqlim siyasəti bəlkə də, Çin Prezidenti Şinin Çinin 2060-cı ilədək emissiyalarını sıfıra endirmək məqsədini açıqlaması oldu. Avropada bir neçə ölkə də iqlim ambisiyalarını artırdılar. Yəni dünyanın böyük bir hissəsi bu istiqamətdə addımlayır,” Maykl Cerrard bildirib.

Lakin o deyir ki, Birləşmiş Ştatlar Prezident Donald Trampın rəhbərliyi altında əks istimaqətə doğru gedərək, ətraf mühit nizamlamalarını yüngülləşdirib və qalıq yanacaq istehsalını artırıb.

Ancaq onun sözlərinə görə, Co Baydenın noyabr ayında Tramp üzərində əldə etdiyi qələbə yeni istiqamətin olacağına işarədir.

“Prezident seçilmiş Baydenin Prezident Trampın etdiklərini 180 dərəcə dəyişəcəyinə dair şübhə yoxdur,” o deyib

Bayden iqlim dəyişikliyinə qarşı mübarizəni prioritet hesab edir. Lakin iki partya arasında bölünmüş Konqres onun emissiyaları nə qədər azalda biləcəyini məhdudlaşdıra bilər.

Ştatlar isə daha da irəli gedə bilər. Məsələn Kaliforniyanın qubernatoru bu il 2035-ci ilədək benzinlə işləyən maşınların satışına son qoymağa dair göstəriş verib.

Banklar və investorlar da bu il fosil yanacaqlarına qarşı soyuq yanaşmağa başlayıb. Böyük banklar Arktikada neft və qaz layihələrinə sərmaye qoymayacaqlarını bildiriblər. Laşnof deyir ki, ABŞ-ın Federal Ehtiyat Bürosu da ilk dəfə olaraq iqlimlə bağlı addımların atılmasına çağırıb.

“İqlim dəyişikliyinin ABŞ-ın maliyyə sisteminə ciddi təhdid törətdiyinə dair düşüncə çox aktualdır və bu düşüncə 2020-ci ildə daha da yayıldı”, Dünya Resurslar İnstitutundan Dan Laşof deyir.

2020-ci ildə BMT-nin iqlim dəyişikliyə qarşı mübarizəni əhatə edən Paris razılığınının beşinci ildönümü qeyd olundu. Lakin BMT-nin baş katibi Antonio Quterreş deyir ki, dünya liderlərin təhlükəli qlobal istiləşmənin qarşınını almaq üçün qoyduqları məqsədlərə yaxınlaşmayıb.

“Parisdə ölkələrin üzərlərinə götürdükləri öhdəliklər bizim məqsədimizə çatmağımıza uzaq idi, amma hətta onlar belə yerinə yetirilməyib,” o deyib.

Dünyanın temperaturu 2020-ci ildə artmağa davam edib, alimlər isə deyir ki, onu aşağı salmaq üçün vaxt azalır.

XS
SM
MD
LG