Accessibility links

1991-ci ildə Sovet İttifaqında uğursuz hakimiyyət çevrilişindən 30 il ötür


SSRİ-də çeviriliş cəhdinin ildönümü
please wait

No media source currently available

0:00 0:04:19 0:00

SSRİ-də çeviriliş cəhdinin ildönümü

30 il əvvəl Sovet İttifaqında bir qrup sərt xətt tərəfdarı ozamankı prezident Mixail Qorbaçovun başlatdığı islahatları dayandırmaq məqsədi ilə çevriliş etməyə cəhd göstərdi. Çevriliş cəhdi üç gün ərzində uğursuzluğa düçar olsa da, tarixin gedişatını əbədi dəyişəcək hadisələrə səbəb oldu.

1991-ci ilin avqust ayında Sovet İttifaqının ozamankı prezidenti Mixail Qorbaçov SSRİ-nin Suveren Dövlətlər Birliyi ilə əvəz edilməsi üçün Sovet Respublikaları ilə yeni bir razılıq müzakirə etmişdi.

O, Moskvaya qayıtdıqdan sonra sənədi imzalamağı planlaşdırdı. Lakin bundan bir gün əvvəl Qorbaçovun fikrinə qarşı çıxan bir qrup kommunist partiyası lideri ölkədə fövqəladə vəziyyət elan etdi.

"Çevriliş cəhidini tətikləyən Sovet İttifaqının sona çatacağı düşüncəsi idi. Sosializim deyildi. Bu şəxslər - çağırışa rəhbərlik edən insanlar sosializmi ən çox "hakimiyyət məndədir" fikri ilə izah edə bilərdilər, amma onları həqiqətən də hərəkətə keçməyə eyni zamanda Rusiyada anti-demokratik düşüncələrə səbəb olan şey hər zaman imperiya məsələsi idi" - deyə, Xarici Siyasət tədqiqat institutundan Stefen Blank bildirib.

Avqustun 19-da Sovet İttifaqının təhlükəsizlik agentliyi olan KQB Qorbaçov və ailəsinin Krımdakı iqamətgahını tək etməsinin qarşısını aldı və onların xarici dünya ilə əlaqələrini kəsdi. Sovet liderinin xarici dünya ilə yeganə əlaqəsi kürəkəni tərəfindən gizlədilmiş kiçik bir radio vasitəsi ilə idi. Onlar Moskva küçələrində tankların yerləşdirildiyini öyrəndilər. Digər tərəfdən Moskvanın Ağ Evinin qarşısında demokratiya tərəfdarı nümayiş təşkil edildi.

Sərt xətt tərəftarlarına qarşı Rusiya Sovet Respublikasının yeni seçilmiş prezidenti Boris Yeltsin çıxdı.

Yeltsin Moskvada keçirilən etiraz aksiyasında bir tankın üstündə çıxış edərək çevrilişin konstitusiyaya zidd olduğunu bildirdi. Aylin O’Konnor 1991-ci ildə CNN-nin Moskva müxbiri idi. O, Yeltsini şəhər rəhbərliyində çalışdığı zamandan tanıyırdı və onun prezidentlik kampaniyasını işıqlandırırdı.

"Vəziyyət əvvələr şahidi olduğum məsələlərə tamamilə uyğun gəlirdi. O çox islahatçı fikirli idi, o olduqca cəsarətli və bəzən impulsiv bir lider idi, amma o məqamda elə bu lazım idi" - deyə, CNN-nin keçmiş Moksva müxbiri bildirib.

Çevrilişə cəhd edənlər ilk dəfə günortadan sonra ictimaiyyət qarşısına çıxdılar. Mətbuat konfransında qrup lideri Genadi Yanayev Sovet İttifaqının dağılmasının əksinə bəyanat verdi. Lakin çevriliş cəhdi Moskvada bir neçə cəbhədə maraq qazana bilmədi.

"Aydın olurdu ki, çevriliş cəhdi uğursuz olur. Xatırlayıram ki, mən bunu televiziyadan izləyirdim. Və deyirdim ki, əgər bu əsl çevrilişdirsə nə üçün mən bunu televiziyada izləyə bilirəm və heç bir şey baş vermir" - deyə, Stefen Blank qeyd edib.

Moskvadakı baş verən sürətli dəyişiklik Vaşqintonda bir çox şəxs tərəfindən gözlənilməz idi. Lakin sonradan məxfilik statusu aradan qaldırıan və ictimaiyyətə açıqlanan Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatı göstərir ki, o zamankı ABŞ prezidenti Corc H. W. Buş administrasiyası Rusiyadakı potensial hərbi çevriliş cəhdi barədə xəbərdar edilmişdi.

Yüz minlərlə insan çevrilişə qarşı çıxmaq üçün Sovet şəhərlərinin küçələrində yürüşə çıxdı, hətta bəzi hərbi diviziyalar etirazçıların tərəfinə keçdi.

Nəhayət 21 avqust 1991-ci ildə səhər çevriliş cəhdinə rəhbərlik edən liderlər Qorbaçovu devirmək cəhdlərini dayandırdılar. Sovet lideri Krımdan qayıtdı, lakin artıq o özünün yeni siyasi ulduz Boris Yeltsinin kölgəsində olduğunu gördü.

"Boris Yeltsin Rusiya Federasiyasının perzidenti olduğu zaman ölkənin ən böyük etnik qrupu arasında legitimliyi vardı, lakin Mixail Qorbaçov heç vaxt əhali tərəfindən seçilməmişdi. Və məncə 1991-ci il avqust hadisələri göstərdi ki, insanlar sizə səs verdiyi zaman siz çoxluğun legitim səsini əldə edirsiniz və bu da olduqca vacibdir və Qarbaçovun ən böyük səhvi də elə bu idi" - Dünya Siyasətləri institutundan Pol Qobl bildirib.

Çevriliş cəhdi uğursuz nəticənəndən sonra ittifaqdakı respublikaların əksəriyyəti Sovet İttifaqından ayrıldıqlarını elan etdilər. Ekspertlər deyirlər ki, avqust hadisələri SSRİ -nin dağılmasının səbəbi deyil, katalizatoru idi. Bu da cəmi dörd ay sonra 1991-ci ilin dekabrında baş verdi.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG