Accessibility links

2018-ci ilin əvvəlindən 655 miqrant sularda boğulub


Tunisin Müdafiə Nazirliyinin bildirdiyinə görə, cənub sularında batan qayıqdan 67 nəfər xilas edilsə də, 46 miqrant həyatını itirib.

Nə İtaliya, nə də Siciliya Avropanın qaçqın düşərgəsi olacaq

Əməliyyatlar nəticəsində xilas edilənlər arasında tunislilər və digər millətlər olduğu aşkar edilib.

Başqa bir insidentdə 6-sı uşaq olmaqla, 15 nəfərin Türkiyənin Antalya vilayətindən qayıqla yola düşdükdən sonra boğulduğu bildirilir.

İtaliyanın Liqa partiyasının lideri Matteo Salvini yeni baş nazir vəzifəsinə təyin edilərkən miqrant axınına mane olacağına and içib.

O, Afrikadan olan miqrantların hər il 100 mininin deportasiya ediləcəyini deyib.

"Nə İtaliya, nə də Siciliya Avropanın qaçqın düşərgəsi olacaq" - deyə baş nazir söz verib.

İspaniyada Aralıq dənizi vasitəsi ilə Avropaya üz tutan 240 adamın xilas edildiyini, lakin 1 nəfərin boğulduğunu qeyd edilib. Bildirilib ki, bu insanlar 11 kiçik qayıqla sulara çıxıb.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı 2018-ci ilin ilk 147 günü ərzində 30300 miqrantın Avropa ölkələrinə sığındığını bildirib.

Bu göstərici keçən ilin bu vaxtı ilə müqayisədə 50 faiz, 2016-ci illə müqayisədə isə 15 faiz azdır.

Təşkilat 69219 nəfərin 2017-ci ilin yanvar-may aylarında, 198346-nın isə 2016-cı ilin eyni dövründə Avropaya gəldiklərini bildirib.

2018-ci ilin əvvəlindən 655 nəfər ölüb. Bu, ötən illə müqayisədə 1000 nəfər az deməkdir.

XS
SM
MD
LG