Accessibility links

Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) giriş qapısında atışma bir neçə saat davam edib


Federal araşdırma agentinin bildirdiyinə görə, mayın 3-də Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) giriş qapısında bir neçə saat davam edən atışmadan sonra silahlı şəxs Federal Təhqiqat Bürosunun agentləri tərəfindən vurulub.

Naməlum şəxsin bazar ertəsi günortadan sonra Vaşinqton şəhəri yaxınlığındakı meşəlik ərazisinə yerləşən Mərkəzi Kəşfiyyat Agentliyinin birinci girişindən keçməsinin qarşısı alınıb.

Təhlükəsizlik işçilərinin təslim olması üçün həmin şəxslə bir neçə saat danışıqlar apardığı bildirilib.

Federal Təhqiqat Bürosunun verdiyi açıqlamada həmin şəxsin "maşından əlində silahla düşüb və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vurulub" deyilib.

"Həmin şəxs yaralandı və tibbi yardım üçün xəstəxanaya çatdırıldı" - deyə, açıqlamada bildirilib.

Mərkəzi Kəşfiyyat Agentliyinin nümayəndəsi agentliyin əsas binasının yerıəşdiyi bir neçə yüz metrlik əraziyə nəzarət edildiyini bildirib.

Son illər Virciniya ştatının şosse yolunun kənarda, Lenqlidə yerləşən Mərkəzi Kəşfiyyat Agentliyinin təhlükəsizliyi gücləndirilib.

1993-cü ildə Mir Aymal Kansi adlı bir pakistanlı agentliyin ərazisinə girmək üçün maşınlarında gözləyən agentliyin iki işçisini güllə ilə vuraraq, öldürüb, üçünü isə yaralayıb.

Pakistana qayıdan Kansi dörd il sonra ələ keçirilib və ABŞ-a ekstradisiya edilib. Ona qətl ittihamı irəli sürülüb və edama məhkum edilib. Kansı 2002-ci ildə edam edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG