Accessibility links

CIA direktoru iyunda Ukraynada gizli görüş keçirib


Rusiyanın Ukraynaya hərbi müdaxiləsində son baş verənlər:

  • Birləşmiş Ştatlar əmindir ki, Rusiya xətlərində hər hansı pozulmanın olmamasına rəğmən Ukraynanın Rusiyays qarşı əks-hücumunda irəliləyiş əldə olunub. Birgə Qərargahlar rəisi general Mark Milli cümə günü Vaşinqtonda deyib ki, Ukraynanın yavaş irəliləməsi “müharibənin təbiətinin bir hissəsidir.”
  • Milli həmçinin deyib ki, ABŞ Ukraynanı kaset sursatları, uzun mənzilli Ordu Taktik Raket Sistemi (ATACMS) raketləri və hətta özünün bəzi F-16 döyüş təyyarələri ilə təmin etməyi açıq şəkildə nəzərdən keçirir. “Bunlar müzakirə olunur,” o deyib. Hələ ki, heç bir qərar yoxdur.”
  • BMT cümə günü iyunun 26-dan bəri Ukraynadan taxılın Qara dəniz vasitəsilə təhlükəsiz ixracına icazə verən razılıq çərçivəsində heç bir gəmi qeydə alınmaması ilə bağlı narahatlığını ifadə edib. “biz tərəfləri razılığın daha da əgimədən davam etdirilməsi və effektiv şəkildə həyata keçirilməsini ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırırıq,” BMT-nins sözçüsü Fərhan Haq müxbirlərə deyib.
  • Rusiya Prezidenti Vladimir Putin cümə günü Hindistanın baş naziri Narendra Modi ilə telefonlaş danışıb. Moskva bildirib ki, Modi Rusiya rəhbərliyinin ötən şəbnə günü Vaqner muzdlu qrupunun qiyamını həll etmək üçün atdığı qətiyyətli addımlarına dəstəyini ifadə edib. Telefon danışığı ABŞ və Hindistan Modinin ötən həftə Vaşinqtona dövlət səfəri zamanı bir-birilərini “dünyadakı ən yaxın müttəfiqlərdən” biriləri adlandırmasından sonraya təsadüf edir. Hindistan hələ ki, müttəfiqi Rusiyanı Ukraynaya hərbi müdaxiləsinə görə qınamayıb.
  • Rusiya qüvvələri cümə günü Donetsk vilayətində Serhiivkada bir məktəbə zərbə endirədək, iki işçini öldürüb, altısını yaralayıb. Bu barədə bölgə prokurorluğu məlumat verib.

Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru Vilyam Bürns iyun ayında Ukraynaya gizli səfər edib. Börns Ukraynanın əks-hücum strategiyasını müzakirə etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenski və kəşfiyyat rəsmiləri ilə görüşüb. Gizli görüşün təfərrüatları cümə günü üzə çıxmağa başlayıb. Gizli müzakirələrin rusiyalı muzdlu qrupun lideri Yevgeni Priqojinin Rusiya prezidenti Vladimir Putinə və Rusiya müdafiə qurumuna qarşı qarşısı alınan qiyamından əvvəl baş verdiyi bildirilir.

Ukraynanın Rusiya qoşunlarına qarşı əks-hücumunda sürətli irəliləyişlərin olmaması ABŞ-ın yüksək rütbəli ordu rəsmiləri arasında təşvişə səbəb olmur.

Ukrayna rəsmiləri son günlərdə məyusluqlarını ifadə edərək, Vaşinqton və Qərbi onlara Rusiyanın müdafiə xətlərini pozmağa və Ukrayna qoşunlarına daha çox ərazini geri almağa yardım etmək üçün Ukraynanı daha çox qabaqcıl silahla təmin etməyə çağırıb.

Ancaq ABŞ rəsmiləri əmindirlər ki, Ukraynanın əks-hücumunda irəliləyiş olacaq, hətta Ukrayna qüvvələrinin əhəmiyyətli qazanclar əldə etməsi altı-səkkiz həftə çəksə belə.

“Kağız üstündəki müharibə ilə real müharibə fərqlidir,” ABŞ-ın yüksək səviyyəli hərbi komandiri, Baş qərargahlar rəisi general Mark Milli cümə günü Vaşinqtonda deyib.

“Onun insanların təxmin etdiyindən daha yavaş irəliləməsi məni heç nə təəccübləndirmir,”o, Milli Mətbuat Klubunda çıxış edərkən deyib və bildirib ki, “Ukrayna qüvvələri davamlı, məqsədyönlü şəkildə” irəliləyir.

“Bu, çox çətin olacaq. Bu, çox uzun olacaq. Və bu, çox çox qanlı olacaq və heç kəs bununla bağlı heç bir illüziyaya qapılmamalıdır,” o deyib.

Bundan öncə isə cümə günü Ukraynanın baş generalı The Washington Post-a deyib ki, onun qüvvələrinin döyüş sursatı və digər qabaqcıl silahlara böyük ehtiyacı var.

“Bu, məni əsəbiləşdirir,” Ukrayna Silahlı Qüvvələrinin baş komandiri Valeri Zalujnı deyib. “Bu, şou deyil. Bu, bütün dünyanın izlədiyi və üzərində bəhs oynadığı və s. bir şpu deyil. Hər gün, hər bir metr qanla verilir.”

“Tam təchiz olunmadan, bu planlar qətiyyən həyata keçə bilməz,” o əlavə edib və Qərbi nə Ukraynanın, nə də Rusiyanın əldə edə bilmədiyi hava üstünlüyünə söykənən müharibə planları irəli sürdüyünə görə tənqid edib.

Zalujnı və başqa Ukrayna rəsmiləri dəfələrlə ABŞ və onun müttəfiqlərini onları təkcə tank və zirehli maşın deyil, kaset bombaları, uzun-mənzilli raketləri və F-16-lar kimi müasir döyüş təyyarələri təmin etməyə çağırıb.

İndiyə qədər ABŞ Kyivə bu cür sistemlər verməkdə tərəddüd edib, baxmayaraq ki, müttəfiqlərinə Ukraynanı ABŞ istehsalı təyyarələrlə təmin etməyə icazə verəcəyini və Ukrayna pilotlarına onları idarə etməklə bağlı təlim keçəcəyini deyib. Vaşinqton deyir ki, diqqət Ukraynaya cəbh xəttinə dərhal göndərə biləcəyi sistemlər və silahlar verməyə yönəlib.

Milli deyib ki Kyivin tələbləri göz ardı edilmir.

“ATACMS, F-16 və başqa hər bir şey davamlı olaraq nəzərdən keçirilir,” Milli deyib. “Bunlar müzakirə olunur. Bu nöqtədə hər hansı bir qərar yoxdur.”

Milli deyib ki, ABŞ həmçinin bəzi müttəfiqlərin kaset bombaları ilə bağlı narahatlıqlarına baxmayaraq, Ukraynanı onlarla təmin etməyi istisna etməyib.

Bir çox humanitar qruplar havada açılan və içindəki kiçik bombalar dağılaraq partlayan kaset bombalara qarşı çıxır. Onlar kaset bombalarının çox vaxt mülki əhali arasında itkilərə səbəb olduğunu deyir.

Ukrayna Müdafiə naziri Oleksii Reznikov deyib ki, Kyiv qüvvələri Donetsk və Zaporijye vilayətlərində doqquz yaşayış məntəqəsini azad etməkdə müvəffəq olub, ancaq əsas hücum hələ qabaqdadır.

XS
SM
MD
LG