Accessibility links

Cibuti Eritreyanın mübahisəli torpaqları işğal etdiyi bildirir


Cibuti Eritreyanı tərəflər arasında mübahisəli əraziləri işğal etməkdə ittiham edib. Onların bildirdiyinə görə, bu hadisə Qətərin həmin ərazidə yerləşdirdiyi sülhməramlı dəstələri çıxarmasından sonra baş verib.

Ölkə rəsmiləri deyirlər ki, çərşənbə günü Qətərin 450 əsgərinin nəzarət etdiyi Dumeyra dağı və Dumeyra adasından çıxmasından sonra Eritreya qoşunları ərazinin nərazət altına alıblar.

Qətər sülhməramlıların çıxarılmasına bir səbəb göstərməsə də, bu addım Qətərlə bağlı diplomatik mübahisədə Eritreya və Cibutinin Səudiyyə Ərəbistanın tərəfinin tutmalarından sonra atılıb.

Cibutinin BMT-dəki səfiri Mohamed Siad Duale Amerikanın Səsinə bildirib ki, ölkəsi BMT-nin Təhlükəsizlik Şurasına etirazını göndərib: “Biz gözləyir ki, baş katib və Təhlükəsizlik Şurası yaranmış vəziyyətə maksimum diqqət ayıracaq və tərəflərin münaqişəni sülh yolu ilə həll etməsini təmin edəcəklər.”

Afrika Birliyi də öz növbəsində, tərəfləri təmkin olmağa çağırıb.

Amerikanın Səsi Eritreyanın rəsmilərinə şərh üçün müraciət etməsinə baxmayaraq, bir cavab ala bilməmişdir.

Tərəflər arasında münaqişə 2008-ci ildə Cibuti rəsmilərinin Eritreya qoşunlarının sərhədə yaxın yerləşdirməsi iddiasından sonra başlayıb. Qətər 2010-cu ildə tərəflərə vasitəçilik etmək təklifini verdikdən sonra hər iki ölkə təklifə razılıq vermişdi.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG