Accessibility links

Cici Hadid gülümsəyən Buddanı təqlid etdiyi üçün tənqidlərlə üzləşir


Cici Hadid ad günündə çəkilmiş videoda gülümsəyən Buddanı təqlid etdiyi üçün tənqidlərlə üzləşir

Video onun Instagram səhifəsindən götürülüb, lakin Twitterdə sözləşmə hələ də davam edir. Bəzi insanlar Cici Hadinin gözlərini qıymasını asiyalalara münasibətdə irqçilik kimi qəbul edir.

Cici Hadidin anası Yolanda Foster qızını Twitterdə müdafiə edərək yazıb: “Yalnız zəhər dolu beyinlər şokolad Buddaya gülüşü irqçilik kimi qəbul edə bilər.”

Təbii ki, sosial ədalət müdafiəçilərini bu sözlərlə sakitləşdirmək çətindir. Yolanda Twitterdə mesajlarını davam etdirib. “Rəng, forma, din, ya da irq kimi məfhumlara bizim ailədə yer yoxdur, çünki biz qarışıq ailəyik.”

Cici Hadinin pərəstişkarları onun sevgilisi Zayn Malikin yarı britaniyalı, yarı pakistanlı olduğuna işarə edib.

Cicinin hərəkətlərinin real nəticələri olacağını düşünməsək də, məsələ ətrafında söz-söhbət davam edir. Yəqin ki Cici gələcəkdə belə hallarda daha ehtiyatlı davranacaq.

XS
SM
MD
LG