Kağız kimi əyilən antennalar...
Abiqeyl Juhl, Patterson Hava Qüvvələri Qərargahı mühəndisi: “Bu, oriqami formasında çap edilmiş antennadır.”
Ya da ki, bükülən litium ion batareyaları.
Elmi fantastika kimi səslənsə də, bunlar elastik hibrid elektronika nümunələrindən biridir. Bu cihazlar çox kiçik və əyilən hissələrdən ibarətdir.
Con Uilyams, Boeing mühəndisi: “Boeing daha nazik və elastik olan, eyni zamanda müxtəlif dalğalarda çalışa bilən antennaların yaradılmasını təklif etdi.”
Tədqiqatçılar deyir ki, bu cür cihazların hazırlanması həm asan, həm də ucuzdur.
Malkolm Tompson, Nextflex-in icraçı direktoru: “Bunlar rəqəmsal texnologiyadır. Sən onu dizayn edirsən, informasiyanı birbaşa kompüterə göndərirsən, o da çap edir.”
Nextflex ABŞ Müdafiə Nazirliyi ilə yaxından çalışan və yeni elastik texnologiya yaradan şirkətlərin konsorsiumudur. Onların arsenalında olan Yaponiyada xüsusi olaraq dizayn edilmiş printer insanın saçının 10-da biri ölçüdə çap edə bilir.
Bu cür texnologiya çox yüngül və elastik olmalı olan cihazlarda istifadə edilə bilər.
Tom Amato, Netflex-in laboratoriya meneceri: “Bu, binanın küncündə quraşdırıla bilər və bununla küləyin gücünü ölçərək, qasırğanın olacağı halda binaya necə təsir edə biləcəyini faciənin baş verməsindən öncə ölçə bilər. ”
Cihaz həm də təhlükəli hadisələri monitorinq etmək üçün də istifadə edilə bilər.
Pradip Lall, Auburn Universitetinin Mexanika Mühəndisliyi Departameni: “Bu, biometrik əldir. Kimsə təhlükəli sahədə çalışırsa, bu cihaz vasitəsilə öz vəziyyətlərini davamlı olaraq monitorinq edə və məlumatı smartfona göndərə bilər.”
Gördüyünüz yeni texnologiya insanların işini daha çox asanlaşdırmağa yönəlib.