Accessibility links

Cil Baydenin həyat yolu


Cil Baydenin həyat yolu
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Prezidentliyə Demokrat namizədi Co Baydenin həyat yoldaşı Cil Bayden ərinin kampaniyasına yardım etmək üçün müəllimlik işindən məzuniyyətə çıxıb. Xanım Bayden Vaşinqton həyatı ilə yaxından tanışdır, belə ki, onun əri ABŞ Senatında 36 il, Barak Obamanın prezidentlik dövründə isə 8 il vitse-prezident vəzifəsində çalışıb.

Cil Bayden bu günlər həyat yoldaşının seçkiqabağı kampaniyası üçün virtual yığıncaqlar keçirir. Bu, icma kollecində bir qrup latın amerikalıdır. Bu, onun ürəyincə olan bir forumdur. "Mən Cil Baydenəm və ictimai kollecin professoru olmaqdan qürur duyuram" - deyə, o bildirir.

Cil Bayden həyat yoldaşı vitse-prezident olduğu müddətdə Ağ Evdən kənarda işləyərək maaş alan ilk ikinci xanım idi. "Tələbələrimin çoxu mənim iki işim olduğunu bilmir."

Kollecin açılışında o, sinif otağına girən bir tələbənin hekayəsini danışdı.
“Doktor B, mən sizi dünən gecə televiziyada Mişel Obama ilə birlkdə gördüm. Mən anama zəng etdim və "ana, ana, bu mənim ingilis dili müəllimimdir" dedim. O isə mənə "bu sənin müəllimin deyil, bu ikinci xanımdır" dedi."

Co Bayden prezident seçilərsə Cil Bayden doktorluq dərəcəsi olan ilk prezident xanımı olacaq. Betti Boyd Keroli "Birinci xanımlar" kitabının müəllifidir. "Mən onun təhsil sistemində konkret islahatlar təkliflərində çox fəal olacağını gözləyirəm, Lakin çoxları bununla razı deyil. Bilirsiniz, çoxları birinci xanımın ağzını yumub, yalnız gözəl geyimlərdə görünməsini istəyir. Mən onlardan deyiləm. Bunun həqiqətən güclü bir platforma olacağını düşünürəm."

Co Baydenlə həyat mürəkkəb şəraitdə başlayırdı. Cill boşanma ərəfəsində idi. Co isə həyat yoldaşı və körpəsi avtomobil qəzasında öldükdən sonra iki oğlunu tək böyüdürdü. Onlar Co Cilə beş dəfə evlənmə təklif etdikdən sonra evləniblər. Co Bayden "Və beşinci dəfə mən nəhayət ona dedim "Cil, mənim İrlandiya qürurum mənə üstün gəlməyə başlayır. Son dəfə səndən soruşacağam. "Mənimlə nə vaxt evlənəcəyini deyil, sadəcə mənimlə evlənəcəksənmi?" dedim. O da "hə" dedi."

Və dörd ildən sonra onların bir qızı doğuldu. 2015-ci ildə yenidən faciə baş verdi - Co Baydenin oğlu Boe beyin xərçəngindən öldü. Beləliklə, Cil Bayden təşəbbüslər siyahısına xərçənglə mübarizəni də əlavə etdi.

Bu ilin iyun ayında Cil Bayden ərinin pəltəkliyinin məsxərəyə qoyulmasından sonra onun həyatının erkən illəri, rəqabət qabiliyyəti və qətiyyəti haqqında uşaqlar kitabı yazıb.

Xanım Baydenin ərini necə qoruduğunu bu il mart ayında keçirilən seçkiqabağı kampaniyası zamanı görmək olar. Bir etirazçının ərinə yaxınlaşmasına mane olmaq üçün onun ozünü necə qabağa verdiyinə baxın. Bir dəfə deyil, iki dəfə.

Delver ştatını doğma evləri hesab etsələr də, Cil Bayden son 21 il ABŞ senatoru, daha səkkiz il isə Ağ Evdə vitse-prezident olan ərinin arxasınca gedib.

XS
SM
MD
LG