Accessibility links

Cim Mattis Çinə səfər edir


ABŞ müdafiə naziri Cim Mattis bu həftə Çinə səfər edəcək. Bu səfər iki ölkə arasında Pekinin Cənub Çin dənizi siyasəti, ABŞ-ın Tayvana silah satışı və ticarət müharibəsi ilə bağlı gərginliyin artdığı vaxta təsadüf edir.

Mattis bazar günü müxbirlərə deyib ki, o, Çinin Cənub Çin Dənizinin mübahisəli ərazilərində hərbi mövqelərini artırdığı bir vaxt Pekinin strateji ambisiyalarını “qiymətləndirmək”istəyir. O deyib ki, Çinə açıq fikirli bir şəkildə, onları dinləmək məqsədilə gedir.

Bu mübahisəli məsələlərə baxmayaraq, Mattis Şimali Koreyaya nüvə silahları proqramını dayandırması üçün təzyiq göstərməyə yardım etmək məqsədilə Çinin dəstəyini qazanmaq istəyir.

Çərşənbə axşamından cümə axşamınadək Pekində olduğu müddətdə Mattis Çinin yüksək səviyyəli müdafiə rəsmiləri ilə görüşəcək. Onun Çin prezidenti Şi Tsinpinlə görüşmək ehtimalı da var.

Dörd günlük səfər çərçivəsində Mattis həmçinin Cənubi Koreyaya gedəcək. Orada o, Milli Müdafiə naziri Sonq Yonq-mu ilə görüşəcək. Daha sonra Mattis Yaponiyaya səfər edəcək. Yaponiyada olduğu zaman o, müdafiə naziri İtsunori Onodera ilə görüşməyi planlaşdırır.

Bu görüşlərin məqsədi prezident Donald Trampın Kim Conq Unla keçirdiyi sammit zamanı ABŞ-ın Cənubi Koreya ilə mütəmadi olaraq apardığı birgə hərbi təlimləri dayandıracağını elan etməsindən sonra Cənubi Koreya və Yaponiyanı Vaşinqtonun regional sülhə sadiq qaldığına inandırmaqdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynaya qarşı yeni dron hücumları həyata keçirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG