ABŞ-ın müdafiə naziri Cim Mattis bildirib ki, Şimali Koreyaya qarşı beynəlxalq sanksiyalar yalnız Pxenyanın öz nüvə proqramını ləğv etmək üçün konkret addımlar atdığı zaman aradan qaldırılacaq.
“Biz BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı qətnamələrinə əməl etməyə davam edəcəyik. Şimali Koreya yardımı yalnız nüvəsizləşdirmə istiqamətində səmərəli şəkildə yoxlanması mümkün və ləğv edilməsi mümkün olmayan addımlar atdığı zaman alacaq”, Sinqapura səfərini başa vuran Cim Mattis bildirib.
Mattis bu açıqlamanı Cənubi Koreya və Yaponiyanın müdafiə nazirləri ilə birgə mətbuat konfransında verib.
ABŞ müdafiə naziri Sinqapurda hər il keçirilən təhlükəsizliyə dair “Şanqri La” dialoqunda iştirak edib.
ABŞ və Şimali Koreya rəsmləri prezident Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında gözlənilən zirvə görüşü üçün hazırlıqlar aparır. Samitin iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılıb.
Şimali Koreya yardımı yalnız nüvəsizləşdirmə istiqamətində səmərəli şəkildə yoxlanması mümkün və ləğv edilməsi mümkün olmayan addımlar atdığı zaman alacaq.
Cim Mattis şənbə günü bildirib ki, ABŞ hərbi qüvvələrinin Cənubi Koreyada mövcudluğu məsələsi Tramp-Kim zirvə görüşünün gündəmində olmayacaq. Bu müzakirələr onun sözlərinə baş tutsa, Pxenyanla danışıqlardan ayrı aparılacaq.
Hələlik müzakirələr zamanı tərəflərin hansı təkliflərlə çıxış edəcəyi aydın deyil. Danışıqların nə qədər sürəcəyi də hələlik məlum deyil.
Tramp əvvəl tez zamanda nüvəsizləşdirmə prosesinə çağıraraq, mərhələli yanamanın işə yaramadığını bildirib. Lakin cümə günü Şimali Koreyanın yüksək səviyyəli rəsmisi ilə görüşdən sonra Tramp belə görünür əvvəlki yanaşmanı dəyişir.
“Tələsməyin. Biz bu addımları tez də ata bilərik, yavaş da”, Tramp Kim Yonq Çolla görüş zamanı deyib.
Tramp görüş zamanı zirvə görüşü ilə bağlı gözləntilərə aydınlıq gətirərək, sammitin “bir başlanğıc” olacağını deyib və əlavə edib ki, Pxenyanın nüvəsizləşdirilməsi üçün əlavə müzkirələr aparılmalıdır.