ABŞ müdafiə naziri Cim Mattis cümə axşamı günü Seulda Cənubi koreyalı həmkarı ilə görüşərək, Birləşmiş Ştatların Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində Cənubi Koreya ilə yaxından əməkdaşlıq edəcəyini bir daha vurğulayıb.
Mattis deyib ki, ABŞ ilə Cənubi Koreyanın birgə hərbi təlimlərinə son qoyulması sülh ehtimalını artırıb.
Cənubi Koreyadan öncə Mattis Çinə səfər edib. Müdafiə naziri Cim Mattisin regiondakı hərbi fəaliyyəti sual etməsinin ardından prezident Şi Tsinpin Mattisə deyib ki, Çin Cənubi Çin dənizindəki mübahisəli adalara iddialarından əl çəkməyəcək.
Hər iki tərəf münaqişədən yayınmaq məqsədilə hazırkı ticarət gərginliyi məsələsinə toxunmadan, təhlükəsizlik qüvvələrinin əməkdaşlıq edə biləcəyi daha kiçik məsələlərə diqqət ayırıb.
Mattisin Çinə səfəri Cənubi Çin dənizi ilə bağlı “söz güləşi”-nin davam etdiyi, Çinin ABŞ-ın müttəfiqi Tayvana təzyiqinin artdığı və Çinin Hindistan-Sakit Okean regionlarında ABŞ-ın nüfuzunu sual etməyə davam etdiyi vaxta təsadüf edib.