Accessibility links

ABŞ-ın keçmiş prezidenti Cimmi Kater və xanımı Baydenin andiçmə mərasimində iştirak etməyəcək


Birləşmiş Ştatların keçmiş prezidenti Cimmi Karter və keçmiş birinci xanım Rosalin Karter yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimində iştirak etməyəcək. Karterin 1977-ci ildə 39-cu prezident kimi and içməsindən bəri ilk dəfədir ki, 96 və 93 yaşlarındakı cütlük prezidentlərin adiçmə mərasimində iştirak etməyəcək.

Atlantadaki "The Carter" mərkəzinin sözçüsü, Karterlərin Bayden və yeni seçilmiş vitse-prezident Kamala Harrisə ən xoş arzularını çatdırdıqlarını və onların administrasiyada uğurla işləyəcəklərinə ümid etdiklərini deyib.

Karterin Ağ Evdəki hakimiyyəti dövründə gənc Bayden Delaver ştatının senatoru və onun müttəfiqi idi.

Karterlər koronavirus pandemiyası dövrünü Corciya ştatının Pleyns şəhərində, ikisinin də böyüdüyü və 1981-ci ildə Ağ Evdən ayrıldıqdan sonra qayıtdıqları evlərində keçirir.

ABŞ-ın keçmiş prezidenti Corc W. Buş və xanımı Laura andiçmə mərasimində şəxsən iştirak edəcəklər. "Prezident və xanım Buş prezident Bayden və vitse-prezident Harrisin Kapitolidə keçiriləcək andiçmə mərasimində iştirak etməyi səbirsizliklə gözləyir" - deyə, Buşların özçüsü Freddi Ford bildirib.

Demokra Karter noyabr ayında dünyasını dəyişən keçmiş prezident ata Corc Buşu arxada qoyaraq, ən uzunömürlü Amerika prezidenti oldu. Karter 2015-ci ildə beyninə yayılan Melanoma xəstəliyinə qalib gəlib. O vaxtdan bəri o, bir neçə dəfə yıxılıb və omba cümüyünə əməliyyat edilib.

Artıq on illərdir dərs dediyi Maranatha Baptist Kilsəsindəki bazar günü məktəbinə gedə bilməsə də, COVID-19 pandemiyası dövründə kilsə mərasimlərində video vasitəsilə iştirak edir.

XS
SM
MD
LG