Accessibility links

Cimmi Karterin Şimali Koreyaya səfəri uzanır


Cənubi Koreya mediası xəbər verir ki, sabiq ABŞ prezidenti Cimmi Karterin Şimali Koreyaya səfəri belə görünür ki, ikinci günə uzanıb. Analitiklər cənab Karterin Pxenyanda olduğu zaman Şimali Koreya lideri Kim Conq İlin Çinə səfər etməsindən təəccübləniblər. Şimali Koreya televiziyası cənab Karterin dünənki gəlişini və yüksək rütbəli dövlət rəsmiləri ilə görüşlərini efirdə nümayiş etdirib. Cənab Karter Şimali Koreyaya qeyri-qanuni daxil olduğuna görə saxlanılan keçmiş müəllim Aycalon Mahli Qomesi həbsdən azad etmək üçün Pxenyana gəlib.

XS
SM
MD
LG