Accessibility links

Cimmi və Rozalin Karterin evliliklərinin 75-ci ildönümüdür


Cimmi və Rozalin Karterin evliliklərinin 75-ci ildönümüdür
please wait

No media source currently available

0:00 0:03:21 0:00

Cimmi və Rozalin Karterin evliliklərinin 75-ci ildönümüdür

ABŞ-ın sabiq prezidenti Cimmi Karter və onun həyat yoldaşı, birinci ledi Rozalin Karter iyulun 7-də evliliklərinin 75-ci ildönümünü qeyd edirlər.

Cimmi Karter etiraf edir ki, o 21 yaşında ikən 18 yaşlı sevgilisi Rozalin Smitlə evlənəcəyi dəqiq deyildi.

“Mən Rozalinə ilk evlənmə təklifi edəndə o mənə “yox dedi,” sabiq ABŞ Prezident Cimmi Karter deyir.

Lakin onun israrı nəticə verdi və cütlük 1946-ci ilin iyulun 7-də məmləkətləri olan Corciya ştatının Pleins şəhərində evləndilər.

75 il sonra sabiq prezident deyir ki, uzun və uğurlu evliliyin sirrlərindən biri…imkandır.

“Bizim üzərində razılaşdığımız qayda var idi. Biz öz işimizlə məşğul olmaq üçün bir-birimizə çoxlu imkanlar tanıyırdıq, həm də birlikdə etməkdən zövq aldığımız şeylər tapmağa və onlara diqqət ayırmağa çalışırdıq. Mənim 62 yaşım olanda biz xizək sürməyə getmişdik. Onun 59 yaşı var idi. Biz quşları izləyirdik, tennis oynayırdıq və balıq tuturduq. Yəni bizim birlikdə etdiyimiz çox ortaq şeylərimiz var,” Cimmi Karter bildirir.

Karter deyir ki, bu strategiya hər zaman fikir ayrılıqlarının qarşısını almasa da, onların ömrünü qısa tutmağa kömək edir.

““Biz tez-tez küsürük, amma yatmadan öncə barışmağa çalışırıq,” o deyir.

“Cimmi və Rozalin Karterin Amerika prezidentliyi tarixində ən uğurlu evlilikləri olub,” müəllif Conatan Alter deyir.

Conatan Alter “Onun ən yaxşısı: Cimmi Karter, Həyat.” kitabının müəllifidir. O deyir ki, Cimmi Karter Rozalinin 1976-cı il seçki kampaniyası zamanı etdiyi yardım olmadan prezident olmazdı.

“Siyasi baxımdan onların ikisi arasında daha gözüaçıq olan Rozalindir,” Conatan Alter bildirir.

“Ərlə arvadın siyasi baxışları fərqli olsa idi, nə olardı? Məncə onlar çox dava edərdilər” Rozalin Karter deyir.

“Xoşbəxtlikdən Rozalinlə mən çox vaxt razılaşırdıq, xüsusilə də 1976-da!,” Cimmi Karter deyir.

Alter deyir ki, Karterlərin münasibəti həm tarixi həm də misli görünməmişdir.

“Cimmi və Rozalik Karterin evlilik daxilində bu qədər yaxın, Franklin və Eleanor və ya Bill və Hillaridən çox daha yaxın şəxsi münasibətləri olduğu üçün, Rozalinin ərinin qərarları üzərində misilsiz təsiri var idi,” müəllif Conatan Alter deyir.

“Mən ona məsləhət verə bilirdim və məncə bizim münasibətimizi inkişaf etdirən də bu oldu. Bizim bir-birimizə hörmətimiz artdı- Mən onun etdiklərinə hörmət edirdim, o da mənim etdiklərimə. Ondan sonra bizim aramızda heyrətamiz münasibət oldu,” Rozalin Karter deyir.

Karterlər 1981-ci ildə Ağ Evi tərk edəndən bəri qeyri-kommersiya təşkilatı olan Karter Mərkəzi vasitəsilə xəstəliklərlə qarşı mübarizə aparıb, dünya boyu demokratiyanı təbliğ ediblər. Bu yaxınlarda isə 90 yaşlarında olan cütlüyün səhhətində problemlər yaranıb və onlar məmləkətləri Pleinsə yaxın bir yerə köçüblər. Orada onlar yüzlərlə ailə üzvləri və dostları ilə birlikdə evliliklərinin 75-ci ildönümünü qeyd edirlər.

"Onlar dünyada istənilən yerdə yaşaya bilərdilər və bir çox prezident də vəzifədən getdikdən sonra öz evindən köçüb. Amma onlar burda təhlükəsizdirlər. Biz onların qayğısına qalırıq. Biz onları sevirik və onlar da bunu bilir. Onlar uşaqlıqdan bəri etdikləri kimi bayıra çıxıb, böyüdükləri şəhərin küçələrində gəzməyi sevirlər,” Karter ailəsinin dostu Cill Staki bildirir.

Bu şəhər həmçinin onların bir gün sevdikləri balıq gölməçəsinin yanındakı məzarlıqda dəfn olunacaqları da yerdir.

XS
SM
MD
LG