Accessibility links

Çin ABŞ-ın hərbi gəmisinin suverenliyini pozduğunu iddia edir


ABŞ raket dağıdıcısı Cənubi Çin Dənizində mübahisəli bara yelkən açandan sonra Çin Birləşmiş Ştatları suverneliyini pozmaqda ittiham edib.

USS Hopper yanvarın 17-də Huangyan Adasının 12 kilometr yaxınına gəlib.

Çinin Müdafiə Nazirliyi yaydığı bəyanatda Çinin freqatının “ABŞ gəmisini müəyyən edib, xəbərdarlıq edərək onu geri döndərmək üçün dərhal lazımı tədibrlər görüb.”

Çin Huangyanı 2012-ci ildən Filippindən ələ keçirib.

Çin bütöv Cənubi Çin Dənizini iddia edir və bir çox rif və adalarda geniş meliorasiya işləri aparıb və bəzilərində hərbi quraşdırmalar yerləşdirib.

Cənubi Çin Dənizində mühüm gəmiçilik marşrutu, balıqçılıq əraziləri və mümkün neft, qaz və başqa mineral yataqları yerləşir.

ABŞ-ın Cənubi Çin Dənizində heç bir ərazi iddiası olmasa da və münaqişədə neytral mövqeyə sahib olduğunu desə də, Çinin azad və açıq beynəlxalq suları olduğunu iddia etdiyi dənizin hərbiləşdirməsi ilə bağlı narahatlığını ifadə edib. Həmin ərazidən hər il 3 trilyon dollar dəyərində məhsul keçir.

ABŞ Dəniz Donanması naviqasiya azadlığını qorumaq üçün müntəzəm olaraq ərazidən keçir.

Çin Cənubi Çin Dənizi ilə bağlı ərazi mübahisələrini ikitərəfli danışıqlar vasitəsilə həll etmək istədiyini bildirir.

XS
SM
MD
LG