Accessibility links

ABŞ və Çin arasında yüksək səviyyəli danışıqlar aparılıb


ABŞ Dövlət Departamenti bazar ertəsi bildirib ki, bir yüksək səviyyəli ABŞ diplomatı Çindəki rəsmilərə ABŞ-ın “ölkələrimiz arasındakı sərt rəqabəti alqışladığını”, ancaq Çin ilə qarşıdurma axtarmadığını deyib.

ABŞ Dövlət katibinin müavini Vendi Şerman Xarici İşlər nazirinin müavini Se Fen və Xarici İşlər naziri Van İ ilə görüşlər də daxil olmaqla, iki gün davam edən danışıqlar üçün Çində olub.

Dövlət Departamentinin sözçüsü Ned Prays Şerman və Vanın “ABŞ-Çin münasibətlərinin məsuliyyətli idarə olunması üçün şərtlər qoymağın yollarını müzakirə etdiklərini” qeyd edib.

Xüsusi məsələlərə gəldikdə, Prays Şermanın ABŞ-ın Honq Konqdakı təzyiqləri, Sincanda soyqırımı, insanlığa qarşı cinayətlər və sərbəst mətbuata qoyulan məhdudiyyətlər barədə ABŞ-ın narahatlıqlarını müzakirə etdiyini bildirib.

Prays Şermanın Çinin “kiber məkandakı davranışına” da toxunduğunu əlavə edib. Danışıqlar ABŞ və müttəfiqlərinin Çini “kiber məkanda məsuliyyətsiz və sabitliyi pozan davranışda” günahlandırdıqdan bir neçə gün sonra baş verib və Çin ABŞ-ın maraqlarına qarşı kiber hücumlarla əlaqəli fikirlərə ittihamlarla cavab verib.

Çin tərəfinin rəsmi bir xülasəsinə görə, Se ABŞ-ın Çini "xəyali düşmən" olaraq təyin etmək də daxil olmaqla, əzməyə çalışdığını bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG