Accessibility links

Prezidentlərin görüşü ərəfəsində Çinlə ABŞ xəbərdarlıqlar səsləndirib


Çin və ABŞ-ın yüksək səviyyəli diplomatlar liderləri arasında bazar ertəsi həyəcanla gözlənilən zirvə görüşü ərəfəsində Tayvan problemi ilə bağlı sərt xəbərdarlıqlar edib.

Prezidentlər Co Bayden və Si Cinpinin virtual görüşü artan gərginlik fonunda baş verir.

Görüş zamanı Pekinin iddia etdiyi Tayvanla bağlı demokratiya, ticarət, insan haqları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Cümə günü Çinin xarici işlər naziri Vanq Yi ilə sammitə hazırlığı müzakirə etmək üçün telefon danışığında ABŞ dövlət katibi Antoni Blinken Pekinin Tayvana “hərbi, diplomatik və iqtisadi təzyiqi” ilə bağlı narahatlıqlarını dilə gətirib.

Vanq ABŞ-ın "Tayvanın müstəqilliyini" dəstəkləyən hərəkətlərinin təhlükələri barədə xəbərdarlıq edib.

Vaşinqton 1979-cu ildə Taypeyin diplomatik tanınma rejimini Pekinin xeyrinə dəyişsə də, Konqresin həmin il qəbul etdiyi akt ABŞ-dan özünümüdafiə üçün Tayvana silah verməyi tələb edir.

ABŞ hökuməti Tayvanı tanıdığını göstərməkdən çəkinir. Lakin Tayvan Konqresdə geniş, ikitərəfli dəstəyə malikdir.

Bu ay adaya bir qrup qanunvericinin səfəri Pekini qəzəbləndirib.

Vanq Blinkenə deyib: "Tayvanın müstəqilliyi"nin tanınması və dəstəyi Tayvan boğazında sülhü pozmaqla yanaşı, bumeranq mahiyyəti daşıyacaq.

Çin son illərdə Tayvan yaxınlığında hərbi fəaliyyətlərini artırıb və oktyabrın əvvəlində adanın hava hücumundan müdafiə identifikasiya zonasına rekord sayda təyyarə yerləşdirib.

Vaşinqton Çinin təcavüzü kimi qələmə verdiyi hadisələr qarşısında Tayvanı dəstəklədiyini dəfələrlə bəyan edib.


XS
SM
MD
LG