Accessibility links

Çin hökuməti inflyasiyaya qarşı mübarizə aparacaq


Çin hökuməti inflyasiyaya qarşı mübarizə aparacaq
Çin hökuməti inflyasiyaya qarşı mübarizə aparacaq

Çin rəhbərliyi gələn il iqtisadiyyatı güclü saxlamaqla yanaşı inflyasiyaya qarşı mübarizə aparacağına söz verib. Mərkəzi İqtisadi İş Konfrası kimi tanınan Çin hökumətinin illik iqtisadi strategiya sessiyasında prezident Hu Cintao iştirak edib. Şinhua xəbər agentliyinin verdiyi məlumata görə Çin rəhbərliyi sərbəst kredit siyasətindən “müdrik, çevik və aktiv” pul dövriyyəsi siyasətinə keçidə qərar verib. Çin Kommunist partiyasının hakim qurumu olan Politbüro keçid haqda bu ayın əvvəlində bəyanat verib. Bəzi analitiklər proqnozlaşdırırlar ki, Çin hökuməti yaxın günlərdə iqtisadi artımı yavaşıtmaq üçün sələm faizlərini artırmağı planlaşdırır. Ölkə iqtisadiyyatının sürətlə artması 5.1 faiz həcmində inflyasiyaya yol açıb.

XS
SM
MD
LG