Accessibility links

Çində koronavirusa yoluxma halları azalır


Çində virusa yoluxma halları təkcə bazar günü 1843 olub. Bu, yoluxma hallarının azalması deməkdir. Son iki gün ərzində 7500 yeni yoluxma halı qeydə alınıb.

Fransada yaşlı çinli turist koronavirus səbəbilə həyatını itirib. Parisdə ölən 80 yaşlı kişi Avropada bu səbəblə həyatını itirən ilk insan olub.

Bundan əlavə Afrikada da koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Çinin paytaxtındakı rəsmilər deyir ki, Pekinə geri dönən bütün insanları 14 boyunca özlərini karantinə almalıdırlar.

Çin yeni koronavirusuun qarşısını almağa çalışdığı bir vaxt dövlətə məxsus Beijing Daily qəzeti xəbər verir ki, özlərini təcrid etməyi rədd edənlər və ya digər karantin qaydalarını pozanlar “qanunlara əsasən məsuliyyətə cəlb olunacaq”.

Kəskin respirator sindromu sayılan SARS-dan Çində 774 nəfər ölmüşdü.

Dünyada SARS 800 nəfərin ölümünə səbəb olmuş, 8 min nəfərə yoluxmuşdu. Yeni koronavirus da eyni viruslar ailəsinə məxsusdur.

Miçiqan Universitetində İctimai Səhiyyə Məktəbinin epidemiologiya üzrə professor Joseph Eisenberg “Reuters”ə deyib ki, epidemiyanın zəiflədiyini söyləməyə tezdir, çünki məlumat vermə prosedurlarında qeyri-müəyyənlik var.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG