Çinin Ticarət Nazirliyi iyulun 11-də 23 Çin təşkilatının ABŞ-ın iqtisadi qara siyahısına iddia edilən insan haqları pozuntuları və hərbi əlaqələr daxil olduğu mövzulara əlavə edilməsinə "qətiyyətlə qarşı olduğunu" bildirib.
Nazirliyin sözçüsünəə istinadla verilən açıqlamada Çin qurumlarının siyahıya daxil edilməsi "beynəlxalq iqtisadi və ticarət qaydalarının ciddi şəkildə pozulması" və Çin şirkətlərinin "əsassız şəkildə boğulması" kimi qiymətləndirilib.
Çin hökuməti "Çinin qanuni hüquq və mənafelərinin qorunması üçün lazımi tədbirləri görəcəyini bildirib.
ABŞ Ticarət Nazirliyi iyulun 10-da 14 şirkət və digər qurumları iqtisadi qara siyahısına əlavə etdiyini bildirərək, "Çinin repressiya, kütləvi həbs və yüksək texnoloji nəzarət kampaniyasının həyata keçirilməsində insan haqları pozuntuları və sui-istifadə hallarında iştirak etdiklərini" deyib.
Pekin Sincan Uyğur Muxtar Bölgəsindəki uyğurlar, qazaxlar və digər müsəlman azlıqların üzvlərinin" kütləvi həbsləri və istismaq hallarına dair iddiaları rədd edir.
İqtisadi qara siyahıya daxil olan qurumlardan Ticarət Nazirliyinə lisenziyalar üçün müraciət etmələri tələb olunur və ABŞ təchizatçılarından məhsul almaq üçün icazə istədikləri zaman ciddi nəzarətlə üzləşirlər.
Vaşinqton lazer və döyüş idarəedici sistemlərlə əlaqəli Çinin hərbi modernləşdirmə proqramlarını birbaşa dəstəklədiyi beş qurulmu da siyahıya əlavə edib.
ABŞ tərəfindən sanksiya tətbiq edilmiş müəssisələrə "məhsulların ixracı və ixracına cəhd" üçün daha dörd müəssisə müəyyən edilib.