Accessibility links

Çin Qərbin İrana yeni sanksiyalar tətbiq etməsini tənqid edib


Çin Qərbin İrana yeni sanksiyalar tətbiq etməsini tənqid edib
Çin Qərbin İrana yeni sanksiyalar tətbiq etməsini tənqid edib

Çin ixtilaflı nüvə proqramına görə Qərbin İrana qarşı yeni sanksiyalar tətbiq etməsini tənqid edib. Çinin Xarici İşlər Nazirliyinin sözcüsü Liu Veymin bu gün Pekində müxbirlərə deyib ki, yeni sanksiyalar vəziyyəti daha da gərginləşdirəcək, sülh və sabitliyə mənfi təsir göstərəcək. O, deyib ki, mövcud vəziyyətdə əlaqədar tərəflər danışıqları və əməkdaşlığı intensivləşdirməli, İranla bağlı narahatlığı danışıqlar vasitəsilə həll etməlidirlər. Çinin Qərbin yeni sanksiyalarını pisləməsi Rusiyanın xarici işlər nazirinin oxşar bəyanatının davamı olub. Belə ki, Moskva dünən sanksiyaların qəbuledilməz və beynəlxalq qanuna zidd olduğunu bəyan edib.

XS
SM
MD
LG