Accessibility links

Çində yeni müasir avtobus sınaqdan keçirilib


Çin şirkətlərindən biri istehsal etdiyi təkmilləşdirilmiş yol nəqliyyat avtobusunu sınaqdan keçirib. Avtobus avtomobillərin üzərindən keçərək nəqlıyyatı yüngülləşdirməyə kömək edəcək.

Nəqliyyat Yüksək Avtobusu adlanan avtobus çərşənbə axşamı günü Hebey vilayətində sınaqdan keçirilib.

Avtobus avtomobillərin üzərindən sürətli keçir və öz dayanacağında qapıları açır.

Dövlət xəbər agentliyinin məlumatına əsasən avtobusun uzunluğu 22, genişliyi 7,8 və hündürlüyü 4,8 metrdir və 300 yaxın sərnişin daşıma qabiliyyətinə malikdir. Məlumata əsasən iki metrdən alçaq olan avtomobillər rahatlıqla avtobusun altında keçə bilər.

Xəbər agentliyi bildirir ki, avtobusun sınaqdan keçirilməsindən yerli rəsmilərin xəbəri olmayıb.

Şirkətin mühəndisləri deyib ki, avtobusun bəzi hissələri hələlik tam yerləşdirilmədiyindən sınağın zavod daxilində təcrübə üçün keçirildiyini bildirib.

XS
SM
MD
LG