Accessibility links

Çin ABŞ məhsullarına tarifləri artırır


Çin donuz əti, meyvə və digər məhsullar da daxil olmaqla, 3 milyard dollar dəyərinədək bütün ABŞ mallarına tətbiq olunan idxal tarifini 25 faizədək artırıb.

Dərhal qüvvəyə minən tariflər bazar günü Çinin Maliyə Nazirliyi tərəfindən açıqlanıb. Onlar addımın ABŞ-ın martın 23-də qüvvəyə minən polad və alüminuma tətbiq etdiyi tariflərə cavab mahiyyəti daşıdığını deyib.

Çinin Ticarət Nazirliyi həmçinin bazar ertəsi Ümumdünya Ticarət Təşkilatı qarşısındakı 120 ABŞ məhsuluna tətbiq olunan tarifləri azaltmaq öhdəliyini dayandırdığını elan edib. Onlar həmin məhsullara tarifləri əlavə 15 faiz artıracaq.

Bu tariflər Pekin ilə Vaşinqton arasında ticarət gərginliyinin artdığı vaxta təsadüf edir.

İqtisadi müşahidəçilər deyir ki, bunun qısa-müddətli təsirləri məhdud olacaq, amma investorlar iki ölkə arasında ticarət müharibəsinin qlobal ticarəti zəiflədəcəyindən və dünyanın iqtisadi artımına ziyan vuracağından narahatdır.

Bu arada ABŞ prezidenti Donald Tramp Pekini cəzalandırmaq məqsədilə Çin mallarına 50 milyard dollardan çox tarif tətbiq etməyi planlaşdırır. Buna səbəb ABŞ-ın Çini ABŞ-ın intellektual mülkiyyətini sistematik şəkildə mənimsəməkdə ittiham etməsidir. Pekin isə bu ittihamları rədd edir.

XS
SM
MD
LG