Accessibility links

Çin: Bəzi malların tariflərinin azaldılmasına dair razılıq əldə edilib


Çinin Tcarət Nazirliyinin bildirdiyinə görə, Çin və ABŞ tərəflərin biri-birinə tətbiq etdiyi bəzi malların tariflərinin azaldılmasına dair razılıq əldə edir. Razılıq hazırkı ticarət narazılıqları fonunda imzalanıb.

Nazirliyin sözçüsü Gao Fenq brifində çıxış edərək deyib ki, tərəflər ticarət razılığının müəyyən fazasına çatsalar eyni zamanda eyni malların tariflərini azaldacaq.

Sözçü ixtisarın həcminin müzakirələr zamanı müəyyənləşdiriləcəyini bildirib.

Çin və ABŞ milyardlarla dollarlıq mallara çoxsaylı tariflər tətbiq edib.

Ağ Evin ticarət məsələləri üzrə müşaviri Peter Navarro Amerikanın Səsinə bildirib ki, bir razılıq fazasının əldə edilməsi üçün Çinin ticarət siyasəti ilə bağlı Vaşinqtonun şikayətləri nəzərə alınmalıdır. Bunlara valyuta manipulyasiyası, məcburi texnologiya transferləri və intellehtual mülkiyyət oğurluğu məsələləri daxildir.

Çin isə market qaydalarına əməl etdiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG