Accessibility links

Çində tornadolar 12 nəfərin ölümünə səbəb olub


Çində biri-birinin ardınca baş verən tornadolar Çinin mərkəzi və şərqində 12 nəfərin ölümünə səbəb olub, 300-dən çox insanın yaralanıb.

Yerli rəhbərliklər cümə gecəsi Uhan şəhərində 8 nəfərin, digərlərinin isə Jiangsu əyalətinin təxminən 400 kilometr şərqindəki Şengze qəsəbəsində öldüyünü bildirib.

Rəsmi Xinhua xəbər agentliyi bildirib ki, ilk tornado təxminən 19.00-da Şengzeni vurub, evlərə və fabriklərə zərər verib və elektrik enerjisini kəsib. Qəsəbəyə nəzarət edən Suzhou şəhər rəhbərliyi sosial şəbəkədə 4 nəfərin öldüyünü, 149 nəfərin isə yüngül xəsarət aldığını bildirib.

Xinhua digər bir tornadonun saatda 86 kilometr sürətli küləklə iyirmidən çox evi dağıtdığını və 26 600 ailənin elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu xəbər verib.

Uhan səlahiyyətliləri şənbə günü mətbuat konfransında 8 nəfərin öldüyünü və 230 nəfərin yaralandığını bildirmişdi. Hubei Daily qəzeti torndonun Uhanda 28 evin çökdüryünü, daha 130 evin ziyan gördüyünü və 37 milyon yuan (5,7 milyon dollar) iqtisadi zərər verdiyini verdiyini bildirib.

Xinhua daha bir tornadonun inşaat sahəsi və iki qaldırıcı krana da zərər verildiyini, elektrik xəttlərinin dağılması ilə elektrik enerjisini kəsdiyini xəbər verib.

Uhan COVID-19-un ilk dəfə 2019-cu ilin sonunda aşkar edildiyi şəhərdir.

Tornadolar Çində nadir hal hesab edilir. 2019-cu ilin iyul ayında Liaoning əyalətində tornado 6 nəfəri ölümünə səbəb olmuşdu.

Bir ay sonra digər bir tornado Haynan kurort adasında 8 nəfərin həyatına son qoymuşdu.

2016-cı ildə tornado və onu müşayiət edən dolu şərqi Jiangsu əyalətində 98 nəfərin ölümü ilə nəticələnmişdi.

XS
SM
MD
LG